Bayraqdarımız qızıl medal qazandı – MDB Oyunları

Azərbaycan  Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında daha bir qızıl medal qazanıb.

Qol.az xəbər verir ki, yunan-Roma güləşində 67 kq-da mübarizə aparan Həsrət Cəfərov finalda qazaxıstanlı Qoşqar Məhəmmədə 7:5 hesabı ilə qalib gəlib.

 

 

Bununla da yığmamızın bayraqdarı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bundan əvvəl yunan-Roma güləşçilərimizdən Nihad Qulizadə qızıl, Nihat Məmmədli isə bürünc medal qazanıb.

Share: