Qarabağda 6 dövlətin iştirakı ilə biznes forum..

Biz 2-ci Qarabağ müharibəsinin davam etdiyi ötən il 2 noyabr tarixində Azərbaycanda idik. Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan olaraq Azərbaycana dəstək vermək üçün biznes-forum keçirdik.

Millətin Səsi.az  Report-a istinadən xəbər verir ki, bunu Ağdamda səfərdə olan Türk Ticarət və Sənaye Palatasının Baş katibi Adəm Kula jurnalistlərə açıqlamasında deyib.

“Türk Ticarət və Sənaye Palatası olaraq 6 dövlətin ticarət və sənaye palatasının birləşməsi ilə yaradılıb. Noyabrdakı tədbir ərəfəsində Prezident İlham Əliyev palata sədrlərini qəbul etdi. Dünən isə Qarabağa həsr edilmiş biznes forumu keçirdik. Burada 6 dövlətin 125-dən çox iş adamı bir araya gəldi, Qarabağda reallaşdırılacaq layihələr barədə məlumatları birinci əldən – Qarabağ Dirçəliş Fondundan, nazir Mikayıl Cabbarovdan aldılar. Bu gün də bu gözəl məkana səfər etmişik. Evimizə dönəndə ilk işimiz buraya iş adamlarını, sərmayədarları, sənayeçiləri dəvət etmək olacaq. Əgər Azərbaycan dövləti uyğun bilsə biz Qarabağda 6 dövlətin iştirakı ilə biznes forumu keçirə bilərik”, – deyə o, qeyd edib.

instagram likes kaufen

Share: