Yaqub Zurufçunun vəziyyəti çox kirtikdir – Açıqlama

Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun son durumu açıqlanıb.

Milletinsesi.az  xəbər verir ki, “Yeni Klinika” Report-a Yaqub Zurufçunun vəziyyətinin çox kirtik olduğunu bildirib.

“Təzyiqi aşağı düşüb. Təzyiqi yüksəltmək üçün bütün mümkün vasitələrdən istifadə olunur. Vəziyyəti ağır qiymətləndirilir”, – xəstəxanadan bildirilib.

Qeyd edək ki, əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və “Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənni süni nəfəs aparatına qoşulub.

Share: