Ərdoğandan Bakının azad edilməsi ilə bağlı paylaşım

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü münasibətilə tviter paylaşım edib.

Millətin Səsi.az paylaşımın mətnini təqdim edir:

“Dost və qardaş Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin ildönümünü ürəkdən təbrik edir, Qafqaz İslam Ordusu Komandanı Nuru Paşanı və onun qəhrəman əsgərlərini rəhmətlə anıram. Bütün Azərbaycan xalqına salamlarımı və sevgimi çatdırıram”.

Share: