Tanınmış aktrisa hər çəklişdə bu qədər alır

Türkiyənin tanınmış aktrisalarından olan Handə Ərçəlin qazancı açıqlanıb.

Millətin Səsi.az Oxu.az-a istinadən xəbər verir ki, “Sən çal qapımı” serialında yer alan Erçelin hər bölüm üçün 100 min TL (təqribən 20 min manat) aldığı məlum olub.

Qeyd edək ki, İnstaqramda 24 milyon izləyicisi olan məşhurun hələ 2012-ci ildə 18 yaşındaykən bir şou verilişində aparıcılıq etdiyi bu yaxınlarda ortaya çıxıb.

Share: