Məşhur futbolçu ilə yollar ayrıldı

“San Paulo” məşhur futbolçusu Dani Alveşlə yollarını ayırıb. 

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 38 yaşlı müdafiəçi ilə müqaviləyə xitam verildiyi bildirilib.

Daha əvvəl Braziliya təmsilçisinin koronavirus səbəbindən büdcəsində yaranan problemlərə görə Alveşin maaşını tam ödəməyi bacarmadığı qeyd olunmuşdu.

Əlavə edək ki, D.Alveş karyerası ərzində “Sevilya”, “Yuventus”, “Barselona”, PSJ kimi klublarda oynayıb.

Share: