Türkiyə ordusu və MİT-dən İraqda əməliyyat…

Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında PKK terror təşkilatına qarşı birgə əməliyyat keçirib.

Milletinsesi.az  xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“İraqın şimalındakı Qara bölgəsində aparılan hava hərəkatı zamanı PKK-nın 3 üzvü zərərsizləşdirilib. Əməliyyatlar davam etdirilir”, – məlumatda bildirilib.

Share: