Bu halda nüvə silahından istifadə

Şimali Koreya öz nüvə silahından pis niyyətlər üçün istifadə etməyəcək.

Axar.az xəbər verir ki, bu sözləri Şimali Koreyanın adı açıqlanmayan diplomatı deyib.

“Təcavüzkar və düşmən dövlətlər nüvə silahından istifadə etmədikcə, KXDR məsuliyyətli nüvə dövləti olaraq nüvə silahından pis məqsədlə istifadə etmək niyyətində deyil”, – deyə diplomat bildirib.

Onun sözlərinə görə, Pxenyan nüvə silahlarının yayılmaması çərçivəsində götürdüyü öhdəliklərə əməl edir.

Share: