ABŞ-Afina gizli anlaşması: Türkiyənin yaxınlığında…

Ötən günlərdə ABŞ və Yunanıstan rəsmiləri arasında imzalanmış 5 illik müdafiə müqaviləsinin gizli detalları ortaya çıxıb.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, müqavilədə ABŞ-ın Türkiyəyə yaxın yunan adalarında hərbi bazalar yaradacağı nəzərdə tutulub.

Bildirilib ki, Amerika ordusu Egey dənizindəki adalardan birində hərbi baza yaratmağı hədəfləyir.

Hərbi bazanın qurulacağı yunan adası – Samotraki (türkcə Semadirək – red.) Türkiyənin Göyçə adasından sadəcə 7 mil uzaqlıqdadır.

Yunanıstanın Dədəağaç (yunanca Evros – red.) bölgəsinə yaxınlığı, həmçinin Çanaqqala boğazından keçəcək Rusiya gəmilərinə nəzarət imkanının olması səbəbindən bu qərarın verildiyi deyilir.

Share: