Milli Qəhrəman doğum günündə yad edildi

Xətai rayonunda yerləşən 204 saylı tam orta məktəbdə Milli Qəhrəman Ələkbər Əliyevin doğum günü qeyd olunub.

Millətin Səsi.az xəbər verir ki, müəllim, şagird kollektivi ilə yanaşı, Milli Qəhrəmanın ailə üzvlərinin, qohumlarının da iştirak etdiyi tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Milli Qəhrəmanın adını daşıyan təhsil ocağının direktoru Ziba Rzayevın çıxışından sonra şagirdlərin ifasında şeir və mahnılar dinlənilib. 8-ci sinif şagirdlərinin hazırladığı “Zəfərə doğru“ adlı kompazisiyası ilə yanaşı, psixoloq və dərnək rəhbəri Nigar Quliyevanın müəllifi olduğu digər səhnəciklər də göstərilib. “Ali Baş Komandanım” adlı mahnı, “Xudayar təsnifi” ifa edilib.

Sonda Milli Qəhrəmanın həyat yoldaşı Reyhan Əliyeva, bacısı, Azərbaycan Milli Qəhrəmanlarının Tanıtımı İB-nin üzvü Fəranə xanım, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, BDU-nun müəllimi İradə Əlili, 44 günlük Vətən müharibəsinin iştirakçısı, qazi Cüsal Əliyev, müstəqil jurnalist Vüqar Şahinoğlu və digər qonaqlar Milli Qəhrəman haqqında ürək sözlərini bölüşüblər.

Share: