“Azəryol” gücləndirilmiş iş rejimində işləyəcək

14-15 уаnvar tarixlərində ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi gücləndirilmiş iş rejiminə keçib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Millətin Səsi.az-a verilən məlumata görə, dağlıq və dağətəyi ərazilərdə proqnozlaşdırılan qarlı və şaxtalı hava şəraiti nəzərə alınaraq agentlik tərəfindən avtomobil yollarında nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə qeyd olunan ərazilərdə avtomobil yollarına xidmət göstərən tabeli təşkilatlara gücləndirilmiş iş rejimində fəaliyyət göstərmələri barədə tapşırıq verilib.

Share: