Putinin Ukraynada 5 hədəfi

Ukrayna NATO üzvü olarsa, Rusiya nələri  itirə bilər?

Rusiya Prezidenti Vladimir Putinin “Donetsk” və “Luqanask”ı tanıdıqdan sonra Ukraynaya hərbi müdaxiləsində 5 əsas məqam diqqət çəkir:

1.2014-cü ildə Ukraynada Rusiyanın rəhbərlik dəyişikliyi ilə Moskvanın nəzarətindən çıxan hərbi sənaye obyektləri birinci yerdədir. Onun məqsədi Dnepr şəhərində (Sovet dövründən qalma Dnepropetrovsk) əsasən kosmik texnologiya ilə məşğul olan “Yujmaş” zavoduna nəzarəti geri almaqdır. Yujmaş Sovet dövründə ABŞ-ın qorxunc arzusu olan “Şeytan” ləqəbli qitələrarası ballistik raketin (SS-18) istehsal olunduğu yerdir.

Bu gün Yujmaş fabriki ABŞ-ın “Antares” raketinin ilk yanacaq pilləli mühərrikini istehsal edir. Zavod, həmçinin Avropa İttifaqının “Veqa” raketi üçün mühərrikləri də təmin edir. Bundan əlavə, Ukraynanın milli raketi “Zenit” Yujmaş zavodunda istehsal olunur. Rusiyanın nəzarəti bərpa etməyə çalışdığı ikinci mühüm sənaye bölgəsi Xarkov şəhəridir. Xarkov şəhərində tank zavodu, təyyarə zavodu və dəqiq avadanlıq zavodları var.

 

 

2.Ukraynanın Zaporojye bölgəsi dünyanın ən münbit qara torpağıdır. Ukraynanın yalnız bu bölgəsi yaxın 100 il ərzində bütün Avropanın taxıl ehtiyacını ödəməyə qadirdir. Zaporojye regionu həm də Avropanın ən böyük atom elektrik stansiyasına malikdir.

 

3.Rusiya Federasiyasında yaşayan slavyan mənşəli insanların sayı hər il astronomik nisbətdə azalır. Qafqaz regionunda və Tatarıstanda müsəlman əhalinin sayı artır. 2022-ci ilin sonuna qədər Rusiya əhalisinin 1 milyon nəfər azalacağı hesablanır. Ölüm nisbəti doğuşdan 18 faiz çoxdur. Ukraynanın Rusiyanın başçılıq etdiyi “Slavyan ittifaqı”na qayıtması ilə əhalisini təxminən 40 milyon nəfər artıracaq. Amma Rusiyanın müdaxiləsi, əksinə, Qərbə böyük bir köçə səbəb oldu.

4.Rusiyanın Ukraynadakı dördüncü hədəfi separatçı Donbas bölgəsi ilə sıx bağlıdır. Bölgədəki dəmir-polad sənayesinin əsas ehtiyacı olan daş kömür mərkəzi. Donbasdan çıxarılan kömür dərhal Rusiya ərazisində yerləşən polad zavodlarına çatdırılır.

5.Putinin qarşısına qoyduğu digər strateji məsələ Qara dənizin şimal hissəsinə tam nəzarət etməkdir. 2014-cü ildə Krımın ilhaqından sonra Mariupol və Odessa da hazırkı müharibənin əlindən alınarsa, hərbi strategiya ilə Qara dəniz regionunda ticarət yollarına nəzarət yenə də Rusiyanın əlində olacaq.

Mənbə: Xarici media

Share: