Kanada 36 ildən sonra dünya çempionatına qatıldı

“Beşiktaş”lı  “Atiba”, “Larin” və “Hatayspor”un “Adekuqbe” kimi futbolçularının  çıxış etdiyi Kanada Milli Komandası 36 ildən sonra ilk dəfə dünya çempionatına qatılacaq.

Millətin Səsi.az xəbər verir ki, qarşılaşmada Kanada 4:0 hesabı ilə qalib gəlib. Kanadaya qələbə qazandıran qolları 13-cü dəqiqədə Sayl Larin, 44-cü dəqiqədə Tajon Buchanan, 82-ci dəqiqədə Junior Hoilett və 88-ci dəqiqədə Adrian Mariappa (avtoqol) vurub.

Kanadada Larin oyuna 11-ci dəqiqədə  başlayıb və 62 dəqiqə meydanda qalıb. Atiba Hatçinson 62-ci dəqiqədə oyuna daxil edilib.

Bu nəticədən sonra Kanada KONKAKAF Təsnifat Final mərhələsində xalını 28-ə yüksəldib və 36 ildən sonra Dünya Çempionatına vəsiqə qazanıb.

Share: