Türkiyənin Buça açıqlaması

Kiyev yaxınlığındakı müxtəlif bölgələrdən, o cümlədən Buça və İrpendəki qətliam görüntüləri insanlıq üçün dəhşətli və kədərlidir. Biz Ukrayna xalqının acısını paylaşırıq.

Millətin Səsi.az  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Günahsız mülki şəxslərin hədəfə alınması qəbuledilməzdir. Mövzunun müstəqil araşdırılması, məsuliyyət daşıyanların müəyyən edilməsi və məsuliyyətə cəlb olunması bizim əsas gözləntimizdir.

Türkiyə insanlıq üçün bu cür utancverici səhnələrə son qoymaq və sülhün ən qısa zamanda təmin edilməsi üçün çalışmalarına davam edəcək”, – məlumatda bildirilir.

Share: