Aprelin 11-i üçün imsak və iftar vaxtı

Bu gün  Ramazan ayının 10-cu günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 11-də imsak vaxtı saat 04:40-da, iftar vaxtı isə 19:29-dadır.

Aprelin 11-i üçün namaz vaxtları: 

Sübh azanı 04:45
Zöhr azanı 12:42
Əsr azanı 17:20
Məğrib azanı 19:29
İşa azanı 20:33

Onuncu günün imsak vaxtı üçün duanı təqdim edirik:

“Allahumməc-əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc-əlni fihi minəl-faizinə lədeyk. Vəc-əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət-talibin”.

Tərcüməsi: “İlahi, bu gün məni sənə təvəkkül edənlərdən, sənin nəzdində feyz və səadət tapanlardan, sənin dərgahına yaxın olanlardan qərar ver. Ehsanına and verirəm, ey tələb edənlərin məqsədi!”

Allah orucunuzu qəbul eləsin!

Share: