Nyu York metrosunda hücum: Önünə çıxanı güllələdi

ABŞ-ın Nyu-York şəhərində yerli vaxtla səhər saat 8.30 radələrində metroya silahlı hücum edilib.

Millətin Səsi.az xəbər verir ki, səhər işə gedən saatlarda, metronun sıxlıq yarandığı vaxtda   baş verən silahlı hücum zamanı  biri ağır olmaqla azı 13 nəfərin yaralandığı bildirilib.

Nyu-York polisi hücum edən şəxsin  qaz maskasında olduğunu, önünə çıxanı güllələdiyini və sonra qaçdığını açıqlayıb.

Share: