Ayfon 14 modeli necə olacaq?- Foto

Smartfon bazarının lider markalarından biri olan “Apple iPhone 14” üçün hazırlıqlar davam edir.

Millətin Səsi.az xəbər verir ki, istifadəçilər yeni cihazın detallarının açıqlanmasını gözləyirlər.

Hər il milyonlarla istifadəçi tərəfindən böyük tələbat olan “Ayfon 14” ailəsinin son bir neçə nəsildə olduğu kimi “iPhone 14”, “iPhone 14 Max”, “iPhone 14 Pro” və “iPhone 14 Pro Max”-dan ibarət olacağı təxmin edilərkən, Ayfon 14-ün mini versiyasının olmayacağı iddia edilir.

Weibo-da yer alan xəbərə görə iPhone 14-ün qəlibləri sızdırılıb və bu fotolara görə modelin dörd fərqli qəlibi olduğu görünür.

Mini qəlib qəliblərə daxil olmasa da, Apple-ın Mini modelinin satış performansından məmnun olmadığı və bu səbəbdən bu modeli yeni seriyaya daxil etməyəcəyi bildirilib.

Yapon mətbuatının iddialarına görə, Touch ID Ayfon 14 ilə geri dönəcək. Bundan əlavə, Ayfon 14-də daha sürətli A16 bionik çip və qabaqcıl kameralar olacaq.

Share: