Şirvanda tikili yandı

Şirvan şəhərində ikimərtəbəli orta məktəb binasına bitişik, ümumi sahəsi 150 m² olan tikilinin (bufet, emalatxana və anbar) içərisində 5 m² sahədə stol-stullar qismən yanıb, yüksək temperaturdan lambirindən ibarət tavan əriyib.

Millətin Səsi.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Share: