“Azərsun”dan yanğınla bağlı məlumat

“Azərsun Holdinq” Sumqayıtda “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğınla bağlı məlumat yayıb.

Millətin Səsi.az  xəbər verir ki, bu barədə şirkətin rəsmi Feysbuk səhifəsində paylaşım edilib.

Paylaşımda deyilir:

“Azərsun Sənaye Parkı”nın ərazisində başlayan yanğın qısa zamanda ətrafa yayılıb. Ərazidə çalışan əməkdaşların hamısı təxliyə edilib. Hazırda FHN tərəfindən yanğının qarşısının alınması üçün zəruri addımlar atılır. Hadisə ilə bağlı ətraflı açıqlama veriləcək”.

Share: