Büdcənin “xımır-xımır” yeyildiyini deyən deputat: “Məmurların 95 faizi şəffaf formada işləyir”

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Rüfət Quliyev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 20 aprel tarixində keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” hesabatının müzakirəsi zamanı bəzi məmurların büdcə pullarını xımır-xımır yediyini bildirib.

Maraqlıdır, deputat hansı məmurları nəzərdə tutur? Büdcəni xımır-xımır yeyən məmurlar, dövlət qurumları hansılardır?

Redaktor.az-ın suallarını cavablandıran deputat Rüfət Quliyev dedi ki, Azərbaycanda qanun pozan məmurlarla yanaşı, intizamlılar da var:

“Azərbaycanda işləyən məmurların 90-95, bəlkə də çox faizi nizam-intizamla, şəffaf formada işləyir. Təbii ki, qeyri-şəffaf, qanun pozan bəzi məmurlar da var, hansı ki, bunu bilərəkdən, yaxud da hansısa bir fikirlə edir. Amma əksəriyyəti işini normal formada qurur və onlara heç bir sual yoxdur”.

Deputat bildirdi ki, Hesablama Palatasının işini düzgün yerinə yetirməsi dövlətə köməkdir:

“Mənim çıxışım onunla əlaqədar idi ki, Hesablama Palatasının rəyində kifayət qədər rəqəmlər, məlumatlar var idi. Düşünürəm ki, Hesablama Palatası ildən-ilə öz işini daha da keyfiyyətli və şəffaf aparır. Bu da cəmiyyətə, dövlətə böyük bir köməkdir ki, büdcədən gedən vəsaitlərə ciddi formada nəzarət olunur. Mən də Hesablama Palatasının rəyinə əsasən çıxış etmişdim.

Hesablama Palatasının rəyində hansı dövlət qurumlarında hansı problemlər var, hansılar həll olunub, hansılar isə həll olunmalıdır, bunlar əks olunub. Hesablama Palatasının rəyində rəqəmlər də, müəssisələrin adı da var. Orada mənim açıqlamamın kifayət qədər istinadı var”.

Qeyd edək ki, Rüfət Quliyev redaksiyamıza büdcə talanmaları ilə bağlı Hesablama Palatasının rəyində olan məlumatları da təqdim etdi:

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətində dövlət vəsaitlərinin idarə olunmasının qanunvericiliyə uyğunluğunun müəyyənləşdirilməsinə dair aparılmış uyğunluq auditinin nəticələrindən çıxarış.

“Bakı şəhəri üzrə abadlıq işlərinə, dövlət mənzil fonduna aid binaların əsaslı təmirinə və dam örtüyünün təmirinə, məhəllədəxili yolların və səkilərin təmirinə dövlət büdcəsindən uzun illər ərzində davamlı olaraq vəsait ayrılmasına və xərc edilməsinə baxmayaraq, indiyədək Bakı şəhəri üzrə bu sahədə tikintininin və ya təmirin həyata keçiridiyi dəqiq ünvan, vaxt, sifarişçinin adı, görülmüş təmir işlərinin növü, işlərin qısa xarakteristikası və s. məlumatları özündə əhatə edən elektron reyestr (baza) yaradılmamışdır.

2020-ci ildə texniki nəzarət xidmətlərinin həyata keçirilməsi müqabilində əldə olunmuş 788.3 min manat məbləğində vəsait müvafiq layihələrin icrası nəticəsində yaranan aktivlərin dəyərinə əlavə edilməmişdir.

Cəmiyyətin sifarişi ilə 2020-ci ildə yerinə yetirilmiş dövlət mənzil fonduna aid binaların əsaslı təmiri, dam örtüyünün yenilənməsi, məhəllədəxili asfalt örtüyünün vurulması, səkilərin təmiri və abadlıq işləri aidiyyəti qurumlarla rəsmi qaydada əlaqələndirilməmişdir”.

Əvvəlki illərdə başa çatdırılmış nəzarət tədbirlərinin nəticələri üzrə “qurumlar tərəfindən atılmış addımlar hesabat ilində də izlənmiş, bu istiqamətdə 10-dan çox qurumdan məlumatlar daxil olmuşdur. Belə ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti, Kənd Təsərrüfatı Nazirliyi, Kənd Təsərrüfatı Naziriyinin yanında Aqrar Xidmətlər Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti, DSMF-in 2 və 5 saylı şöbələri, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, AMEA tərəfindən Diasporla İş üzrə Dövlət Komitəsi, “Azərişıq” ASC tətəfindən 0,8 mln. manat vəsaitin dövlət büdcəsinə bərpası təmin edilmiş, 239,2 min manat maliyyələşmə məbləği azaldılmış, 156,7 min manat natura formasında dövlət vəsaiti bərpa edilmişdir”.

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlərin istifədəsinə dair aparılan audit üzrə “təqsirləndirilən şəxs barəsində müvafiq məhkəmə tərəfindən hökm verilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 saylı Maliyyə Hesablama Mərkəzinə ayrılan büdcə vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırıması və icrəsına dair apanlmış audit üzrə cinayət nəticəsində vurulmuş ziyanı və vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir misli miqdarında dövlət büdcəsinə ödəniş təmin edilməklə cinayət işi üzrə icraata xitam verilmiş, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti üzrə daxilolmaların və xərclərin proqnozlaşdırılması və icrasının qanunvericiliyə uyğunluğunun yoxlanması zamanı aşkar edilmiş dövlət əmlakından qeyri-qanuni istifadə halları barədə aparılmış araşdırmalar ilə hüquqpozmaların cinayət əməlinin tərkibini yaratmadığı müəyyən edilmişdir”.

“Kənd Təsərrüfatı yanında Aqrar Kredit və İnkişaf Agentliyinin müvəkkil kredit təşkilatı olan “Para Bokt” ASC tərəfindən verilmiş kreditlər üzrə 5 halda ümumilikdə 211858,21 manat ayrılmış vəsaitin təyinatı üzrə istifadə edilməməsi ilə bağlı materiallar 2020-ci il 5 dekabr tarixində cinayət işinə əlavə edilməklə 211,9 min manat məbləğində ödənilməmiş kredit vəsaitinin tam şəkildə bərpası təmin edilmişdir”.

Bakı Nəqliyyat Agentliyinə dövlət büdcəsindən ayrılan vəsaitlərin icrasının və dövlət əmlakından istifadənin uyğunluq auditinin nəticələri üzrə “Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli 709 nömrəli Fərmanının 6-cı hissəsi (Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyində olan “Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi MMC Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilsin) çərçivəsində müəyyən işlər görülsə də, tapşırığın tam şəkildə icra olunmadığı, dövlət büdcəsinin investisiya xərcləri hesabına Bakı Nəqliyyat Agentliyi tərəfindən ümumilikdə 165836,9 min manata 415 ədəd sərnişin avtobusunun alınması (2018-ci il 16 noyabr tarixli və 2020-ci il 3 aprel tarixli müqavilələrlə) əməliyyatlarının başa çatması və həmin avtobuslardan ilkin dəyəri 159211,1 min manat olan 394 ədədinin qanunvericiliyə uyğun razılaşdırılmaqla əvəzsiz olaraq “BakuBus” MMC-nin istifadəsinə verilməsi şəraitində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 22 oktyabr tarixli, 183 nömrəli Qərarının tələbləri çərçivəsində həmin investisiya qoyuluşunun aidiyyyəti üzrə nizamnamə kapitalının artırılmasına yönəldilməsi üçün müvafiq tədbirlərin həyata keçrilmədiyi bildirilmişdir”.

“Qeyd edək ki, “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 7 fevral tarixli 1586 nömrəli Fərmanı ilə Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, habelə bu sahədə idarəetmenin

təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədilə “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilmişdir”.

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətində uyğunluq auditinin nəticələri üzrə aşkar edilmiş nöqsanlarla bağlı təqdim edilmiş məlumatla yanaşı, “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC tərəfindən nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun qeyri-büdcə gəlirləri üzrə potensialın reallaşdırılması üzrə zəruri tədbirlərin görülmədiyi bildirilmişdir. Belə ki, Cəmiyyətin ümumi (büdcə və qeyri-büdcə) gəlirləri üzrə daxilolmalarının tərkibində qeyri-büdcə hissəsinin payı 2018-ci ildə 0.5 faiz, 2019-cu ildə 4,3 faiz, 2020-ci ildə isə 3,4 faiz təşkil etməklə cüzi faizlərlə ifadə olunur.

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim edilmiş cavabda kommersiya fəaliyyətinin genişləndirilməsi və rentabelliyin artırılması məqsədilə ASC-nin müvəqqəti istifadəsində olan yaşıllıqların xidməti heyəti və saxlanma xərcilə birlikdə aidiyyəti inzibati rayonlar üzrə yerli icra hakimiyyəti orqanına verilməsi üçün Nazirlik tərəfindən təkliflərin hazırlandığı və 3 rayon üzrə müvafiq layihənin Nazirlər Kabinetinə təqdim edildiyi bildirilmişdir”.

AR Təhsil Nazirliyində dövlət satınalmalarının hüquqi aktlara uyğunluğunun auditinin nəticələrindən çıxarış.

“Dövlət ehtiyaclarının həcminin tam qiymətləndirilməməsi, mövcud imkanların nəzərə alınmaması və malların xüsusiyyətlərinin dəqiq müəyyənləşdirilməməsi alınmış malların bəzi hallarda istifadəsiz saxlanılmasına səbəb olmaqla səmərəsiz və artıq xərclərə gətirib çıxarmışdır.

Dövlət satınalmalarının keçirilməsi zamanı podratçılarla bağlı müəyyən edilmiş tələblər bəzi hallarda rəqabətliliyin təmin edilməsinə təsir göstərmiş, dövlət ehtiyaclarının ödənilməsi üçün müvafiq podratçının düzgün müəyyənləşdirilməməsi və satınalma müqavilələrinin icrasına nəzarət tam təmin olunmamışdır.

Malların (işlərin və xidmətlərin) satınalınması zamanı tələbatın tam olaraq araşdırılmaması, eyni zamanda müqavilə şərtlərinə, o cümlədən icra müddətlərinə riayət edilməməsi son nəticədə müqavilələrin büdcə ili ərzində tam icra olunmaması və vəsaitlərin qabaqcadan ödəniş edilməklə və ya akkreditiv hesablara köçürülməklə istifadəsiz saxlanılmasına səbəb olmuşdur”.

Share: