Putin Papa ilə görüşə gedir

“Təsdiq edə bilərəm ki, Papa Fransisk Rusiya prezidenti Vladimir Putini iyulun 4-də qəbul edəcək” – Alessandro Cizotti

Roma Papası Fransisk iyulun əvvəlində Rusiya Prezidenti Vladimir Putini Vatikanda qəbul edəcək.

Bu barədə “Müqəddəs Taxt”-ın mətbuat sözçüsü Alessandro Cizotti məlumat verib.

“Təsdiq edə bilərəm ki, Papa Fransisk Rusiya prezidenti Vladimir Putini iyulun 4-də qəbul edəcək” – deyə o bildiirb.

Bundan əvvəl, Argentina mətbuatı Vatikandakı mənbələrə istinadən Papa və Rusiya prezidentinin görüşəcəyi barədə məlumat vermişdi.

Xatırladaq ki, mayın əvvəlində Roma papası Rusiyaya gəlmək arzusunu dilə gətirmişdi./Sputnik Azərbaycan

Share: