BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Cümə axşamı , İyun 20 2019

Bu körpüyə gedən itlər intihar edir


Şotlandiyanın Milton yaxınlığında yerləşən Overtoun körpüsü tarixi Overtoun qalasına getmək üçün tək yoldur.

Metbuat.az “Haberler.com”a istinadən xəbər verir ki, bu körpü bədbəxt hadisələri ilə məşhurdur. Bu sirli körpü səbəbi ilə qalaya ziyarət edənlərin sayı azalıb.

Çünki 1859-cu ildə inşa edilən Overtoun körpüsü möhtəşəm memarlıq quruluşuna baxmayaraq “İntihar körpüsü” olaraq tanınır. 1895-ci ildə istifadəyə verilən bu körpü yerdən 25 metr yüksəkliyə sahibdir. “İntihar körpüsü” olaraq adlandırılmasının səbəbi isə insanların deyil, itlərin bu körpüdən tullanaraq intihar etməsidir.

İlk intihar hadisəsi 1950-ci ildə baş verib. Daha sonra bütün itlər bir-birlərinə bənzər hərəkətlər edərək, körpüdən tullanıb.

İntihar hadisələrinin artması ilə xalq bu intiharların səbəbini öyrənməyə çalışıb. Tapdıqları səbəb isə “qalanın içindəki ruhların itlərin qalaya çatmaqlarını istəmədikləri üçün onları lənətləməsi”olub.

Heyvan davranışları mütəxəssisi David Sands isə bu mövzunu araşdırmaq üçün körpüyə gedib. Onun iddiasına görə isə körpünün altında yaşayan samurlar itləri qıcıqlandıran qoxular yayır. Beləliklə qoxuya çatmaq istəyən itlər özlərini itirərək aşağı tullanırlar.

Yenə də eyni səviyyədən tullanmaqlarının səbəbi hələ də məlum deyil. 600-dən çox itin intihar etməsinə baxmayaraq ardında yatan sirrin hələ də tapılmadığı körpü tüklər ürpərdir.

Image result for bu köprüye giden köpekler intihar ediyo

Image result for bu köprüye giden köpekler intihar ediyo