BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Cümə axşamı , İyun 20 2019

Dodon hakimiyyətini qorumağın yollarını açıqladı


Moldova Prezidenti İqor Dodon ölkəni cənginə almış böhrandan çıxış ssenariləri barədə danışıb.

Axar.az xəbər verir ki, bu barədə “İzvestiya” yazıb.

Prezidentin sözlərinə görə, situasiyadan çıxmaq üçün müxtəlif variantlar mövcuddur. Belə ki, Konstitusiya Məhkəməsinin heyətindəki bir sıra hakimlər öz mövqelərində dəyişiklik edə bilər. Bununla yanaşı, Konstitusiya Məhkəməsinə hakimlərin təyinatı və vəzifədən azad edilməsi ilə bağlı qanuna dəyişiklik edilə bilər.

“Düşünürəm ki, bu mənada ən vacib element xarici təzyiq – xarici partnyorlarımızın legitimliyimizi tanıması ola bilər”, – Dodon bildirib.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini əlindən alıb.