Ac qarına su içməyin saysız faydaları

Yeməkdən öncə 1-2 stəkan su içmək sağlamlıq üçün çox faydalıdır.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, türkiyəli mütəxəssislər bildirir ki, ac qarına içilən su bədəni zəhərli maddələrdən təmizləyir. Eyni zamanda, səhər tezdən, ac qarına içilən su metobolizmin sürətlənməsinə və immun sisteminin möhkəmlənməsinə də müsbət təsir edir.

Bundan başqa, səhər tezdən ac qarına su içməyin müxtəlif faydaları olduğu vurğulanır. Mütəxəssislər bildirir ki, ac qarına içilən su artıq çəkidən azad olmağa da müsbət təsir edir.

Həkimlər su içməyin dəriyə müsbət təsirlərindən söz açaraq sağlam və şəffaf dəri üçün bol su içməyin çox faydalı olduğunu vurğulayırlar.

Share: