BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Cümə axşamı , İyun 20 2019

Yevlaxda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var


Yevlaxda yol qəzası olub.

Hadisə Yevlax-Xaldan avtomobil yolunda qeydə alınıb. “Opel” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində avtomobildə olan, 2005-ci il təvəllüdlü Səlimov Elmir İsmət oğlu və 2011-ci il təvəllüdlü Dəmirov Ömər Ruslan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. (APA)