Qorxu filmlərində bəhs edilən bu meşəyə gedənlər intihar edir!

Yaponiyanın məşhur Fuji dağının yaxınlığındakı Aokigahara meşəsində hər il təxminən 100 nəfər intihar edir.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, Aokigahara meşəsi uzaqdan baxıldıqda yaşılın hər tonu ilə diqqət çəkən təbii bir gözəllikdir.

Yerli və xarici turistlər bu meşəyə Fuji dağını müxtəlif bucaqlardan görmək, dağın fotolarını çəkmək və hazırlanan yollarda gəzinti etmək üçün gəlirlər.

Meşə inanılmaz dərəcədə sıx bitki örtüyünə sahib olduğundan burada yolu səhv saldıqda istiqaməti tapmaq və səsi kiməsə çatdırmaq mümkünsüzdür. Yəni bu bölgəyə daxil olanlar əvvəlcədən intihar etməyi planlaşdıran insanlardır.

Bu ərazi Yaponiya tarixində mistik bir yeri olan və ölü ruhlarla xatırlanan bir ərazidir. Seicho Matsumotonun iki obrazının bu meşədə intihar etdiyi romanı “Kuoi Kaiju”dan sonra bir intihar mərkəzinə çevrilib.

Meşəyə daxil olduqda “od yandırmayın, zibil atmayın” kimi xəbərdarlıqlar əvəzinə “intihar etməyin, həyat sizə verilmiş bir hədiyyədir. Ailənizi və dostlarınızı düşünün” sözləri yazılıb.

Meşənin dərinliklərinə doğru getdikdə isə müxtəlif yollarla intihar etmiş insanların cansız bədənləri ilə qarşılaşmaq mümkündür.

Hər il daha da artması və insanları intihara təşviq etməsi səbəbilə Yaponiya intihar edənlərin sayını dəqiq açıqlamır. Amma bu sayın il başına 50-100 nəfər olduğu güman edilir.

Yaponiyalı sosioloq və yazıçı Vataru Tsuriminin mübahisəli kitabında da bu meşənin intihar etmək üçün çox əlverişli yer olduğu deyilir.

Bu ormana adım atan intihar ediyor! Korku filmlerine bile konu olan: Aokigahara

Bu ormana adım atan intihar ediyor! Korku filmlerine bile konu olan: Aokigahara

Bu ormana adım atan intihar ediyor! Korku filmlerine bile konu olan: Aokigahara

Bu ormana adım atan intihar ediyor! Korku filmlerine bile konu olan: Aokigahara

Share: