Alimlər gilası super-qida adlandırdılar – SƏBƏB

Tədqiqatlar sübut edir ki, gilas mikroelement və mineral maddələr mənbəyidir.

Milletinsesi.az Ölkə.az-a istinadən  bildirir ki, gilasın tərkibində B qrupu vitaminləri, dəmir, fosfor, antioksidantlar var və bu maddələr gocalmanın qarşısını alır.

“Əgər müntəzəm olaraq gilas qəbul etsək, ürək və damar problemlərindən azad ola bilərik. Çünki bu maddənin tərkibində ürəyə müsbət təsir edən və immun sistemini gücləndirən maddə var”, – deyə alimlər qeyd edirlər.

Gilas mədə-bağırsaq problemi olan insanlar üçün də faydalıdır. Bu meyvənin tərkibində petkin miqdarı çoxdur. Bu isə orqanizmdən toksin, şlak, ağır metalların duzları və digər ziyanlı maddələri çıxarır.

Eyni zamanda gilasın tərkibində karotinoidlər var. Karotionidlər isə dəriyə, görmə qabiliyyətinə, saçlara müsbət təsir edir, sinir sistemini yaxşılaşdırır.

Amma çəkisinə nəzarət edənlər turş gilasdan istifadə etsinlər. Şirin gilasın tərkibində kifayət qədər fruktoza var.

Bağırsaq keçməzliyi olan insanlar üçün də gilas məsləhət görülmür.

Share: