Hindistanda divar uçub: 12 nəfər ölüb

Hindistanın Maharaştra ştatının Mumbay şəhərində divarın uçması nəticəsində 12 nəfər ölüb və 13 nəfər xəsarət alıb.

Trend-in “ANI” agentliyinə istinadən verdiyi məlumata görə, hadisəyə güclü yağışlar səbəb olub.

Hadisə yerində xilasetmə işləri aparılır. Yaralılar xəstəxanalara çatdırılıb.

Share: