BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Şənbə , İyul 20 2019

Türkmənistanda bütün maaşlar 10% artırıldı


Türkmənistan 2020-ci ildən etibarən büdcədən maliyyələşən müəssisələrdə maaşları artıracaq.

Milletinsesi.az xəbər verir ki, bu barədə əmri Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov verib. Berdıməhəmmədovun əmrinə əsasən, maaşların 10% artımı nəzərdə tutulub. Maaşlarla bərabər təqaüdlərin, dövlət müavinətlərinin də analoji formada artımı planlaşdırılıb.

Üstəlik, 2020-ci il yanvarın 1-dən Türkmənistanda minimal əmək haqqının dəyəri 870 Türkmənistan manatına qaldırılacaq.