İranda güclü zəlzələ: 1 ölü, 20 yaralı

İranın qərbində 5,7 maqnitudalı zəlzələ baş verib.

Milletinsesi.az Report-a istinadən xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat verib.

Seysmoloqların bildirdiyinə görə, yeraltı təkanlar Bakı vaxtı ilə səhər saat 11:00-da qeydə alınıb, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələnin episentri Məscide-Süleyman şəhərindən 37 km cənub-şərqdə və Əhvaz şəhərindən 87 km məsafədə yerləşib.

“Tasnim”in yazdığına görə, zələzələ nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb.

 

Share: