DGK büdcəyə ödənişləri 28% artırdı

Bu ilin yanvar-iyun aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 065,161 mln. manat vergi və rüsum daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 446,164 mln. manat və yaxud 27,6% çoxdur.

DGK-dən Milletinsesi.az-a verilən məlumata görə, 6 ay ərzində büdcəyə daxil olan gömrük rüsumları illik müqayisədə 71,79 mln. manat və yaxud 17,4% artaraq 483,958 mln. manat olub.

Həmçinin ƏDV üzrə daxilolmalar 309,939 mln. manat və yaxud 27,8% artaraq 1 424,239 mln. manat, aksizlər üzrə daxilolmalar 61,541 mln. manat və yaxud 81,8% artaraq 136,799 mln. manat, yol vergisi üzrə daxilolmalar isə 2,983 mln. manat və yaxud 16,75% artaraq 20,165 mln. manat təşkil edib.

 

Share: