Lerikdə taxıl sahəsində yanğın

Lerik rayonunda taxıl sahəsi yanır.

Report-un məlumatına görə, hadisə 20 nəfərə məxsus paybəlli torpaqda qeydə alınıb.

Əraziyə iki yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb olunub.

***

Hadisə 10 hektar ərazidə qeydə alınıb. Bunun bir qismi biçilmiş sahədir. Yanğın söndürülüb.

Hazırda Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları əraziyə baxış keçirirlər. Dəyən ziyanın məbləği müəyyənləşdirilir.

 

Share: