BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Şənbə , İyul 20 2019

Qubada böyürtkən kolları arasında çətənə bitkiləri becərən şəxs saxlanılıb


Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Vladimirovka kənd sakini 41 yaşlı Taleh Balayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan Milletinsesi.az-a verilən məlumata görə, hal şahidlərinin iştirakı ilə onun yaşadığı kənd ərazisinə keçirilən baxış zamanı, böyürtkən kolları arasında T.Balayev tərəfindən xüsusi aqrotexniki qayda ilə qulluq edilərək dibçəklərdə yetişdirilən çətənə bitkiləri aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadəsi üçün becərdiyini bildirib.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.