Milli Məclisin növbədənkənar iclası başladı

Milli Məclisin növbədənkənar iclası başlayıb.

Milletinsesi.az xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov bəzi qanun layihələrinin gündəlikdən çıxarıldığını bildirib.

Onun sözlərinə görə, “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında” qanunlarda və Mülki Məcəllədə dəyişiklik edilməsi barədə qanun layihələri gündəlikdən çıxarılıb.

Parlament sədri əlavə edib ki, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidə iyulun 12-də müzakirə ediləcək.

Qeyd edək ki, “Bank olmayan kredit təşkilatları haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi də gündəlikdən çıxarılıb.

Bu gün deputatlar 35 qanun layihəsini müzakirə edəcək.

 

Share: