BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Çərşənbə , İyul 24 2019

ABŞ-da kosmik gəmi sınaq meydançasında yanıb


ABŞ-ın Florida ştatında yerləşən kosmodromda milyarder İlon Maska məxsus olan “SpaceX” şirkətinin “Starship” kosmik gəmisinin prototipinin sınaq uçuşunun keçirildiyi meydançada yansın baş verib.

AZƏRTAC Florida Today qəzetinə istinadla xəbər verir ki, bu barədə məlumatı “SpaceX” şirkətinin mətbuat xidməti yayıb. Yanğın kosmik gəminin Koko şəhərində yerləşən prototiplərinin sınaqlarının aparıldığı meydançada başlayıb. Şirkətin mətbuat katibi Ceyms Qlison bildirib ki, yanğın o qədər də böyük olmayıb və yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində tez bir zamanda söndürülüb. O əlavə edib ki, insident nəticəsində xəsarət alan olmayıb, lakin şirkətə dəyən zərərin məbləği 100 min dollardır. Qlison qeyd edib ki, yanğının elektrik avadanlıqlarındakı qısa qapanma nəticəsində baş verdiyi ehtimal olunur.

“SpaceX” şirkətinin “Starship” kosmik gəmisi super-ağır raketdaşıyıcısının yuxarı pilləsidir və Marsa göndərilmək üçün nəzərdə tutulur.