Fazil Mustafa: “”Gürcülər bu cəsarəti bizim təmkinimizdən alırlar”

ABŞ Avropanın 5 ölkəsində 150 nüvə başlığı və bombası saxlayır. Bunlardan 50-si Türkiyədə – Adanada yerləşən İncirlik hərbi bazasındadır.

Axar.az xəbər verir ki, bu barədə Belçikanın HLN nəşrinin ABŞ-ın NATO ölkələrindəki nüvə arsenalına dair paylaşdığı “gizli sənəd”də deyilib.

Nəşrin məlumatına görə, İncirlik bazasında 50 ədəd yenilənmiş B61-12 tipli nüvə başlığı saxlanılır (bu başlıqlardan biri Xirosimaya atılandan beşqat güclüdür).

NATO hesabatlarına görə, ABŞ bu ölkələrdə nüvə başlıqları saxlayır:

* Belçika – Kleyn Brogel aviabazası,

* Almaniya – Büşel bazası,

* İtaliya – Aviano və Gedi-Torre bazaları,

* Hollandiya – Volkel aviabazası,

* Türkiyə – İncirlik aviabazası.

Share: