“Qəbələ”nin Türkiyədə sonuncu sınağı

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün sonuncu yoxlama oyununu keçirəcək.

Milletinsesi.az Qol.az-a istinadən  xəbər verir ki, “qırmızı-qaralar” “Boluspor”la qarşılaşacaq. Yerli komanda ilə görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, “Qəbələ” toplanış çərçivəsində buna qədər Ukrayna təmsilçiləri “Mariupol”a 2:1 hesabı ilə qalib gəlib,  “Vorskla”ya 1:3 uduzub.

Share: