Karasin: Gürcüstan üçün vizaları ləğv edə bilərik

Rusiya hökuməti əvvəlki kimi Gürcüstan vətəndaşları üçün vizaların ləğvi imkanlarından imtina etmir.

Axar.az xəbər verir ki, bunu “İzvestiya” qəzetinə müsahibəsində Rusiya Xarici İşlər nazirinin müavini Qriqori Karasin deyib.

“Gürcüstanla viza rejiminin ləğvi məsələsi Rusiya rəhbərliyinin siyasi baxış dairəsindədir. Düşünürəm ki, Tiflisin bizim ölkə ilə münasibətlərin normallaşmasına yönələn real addımları bu məsələni ikitərəfli gündəmə qaytara bilər”, – deyə o bildirib.

Qeyd edək ki, Rusiya və Gürcüstan arasında viza rejimi Rusiya tərəfinin təşəbbüsü ilə tətbiq edilir. 2012-ci ildə Gürcüstan Rusiya vətəndaşları üçün vizanı birtərəfli qaydada ləğv edib.

Share: