Yazmaq “matışkalıqdır” deyən direktor! Sən kimsən?

Yazmaq “matışkalıqdır” deyən məmur Səxavət Aslanovun  nəzərinə

Altı ildən artıqdır ki, Azərbaycan Avtomobil Yollarının Yaşıllaşdırma MMC-də rəsmi olaraq çalışıram. Burada çalışdığım üçün indiyə qədər idarəmizin haqqında yazmamışam və yazmamağa söz vermişdim. Dövlət əlehinə danışmaqla günahlandırdın dinmədim. Dəfələrlə profakasiyaya sürüklədin susdum. Üstümə adamları hücum cəkdirdin təmkinlə yola verdim. Amma bu təhqirdən sonra əhdimi pozmalı oldüm.

Həqiqəti yazmaq, onu ictimayyətə çatdırmaq və mümükün qədər haqsızlığın qarşısını almaq ən şərəfli yoldur. Bu yolla gedənlər də ən şərəfli insanlardır.Yazmaq jurnalistlərin peşəsidir. Yurnalistika da müqəddəs peşədir. Çünki hər yazılan sətirdən bir ümid doğur. Sətirlərdən ibarət məqalələr həyat verir, gələcək nəsillərin ruhunu qidalandırır. Sən bunları məmur olana qədər bəlkə də anlayırdın, amma məmur olandan sonra qəti  anlamazsan, ya anlaqmaq istəmirsən.

İndi de görək, 100-dən  artıq fəhlənin maaş kartını cibində gəzdirmək və onların əmək haqqını mənimsəməyin adı nədir? Yerindən aylarla tərpənməyən  və hərəkətə düşmək üçün akumulyatoru olmayan Kamaz maşınına hər gün yanacaq yazdırıb, onu mənsəməyin, əxlaqsızlıq  yuvası Maral resatoranına  ağaclar üçün nəzərdə tutulan suyu satmağın, zeytunluqda olan ağacların budağlarını kəsib yaşıllaşdırma adı ilə yol kənarlarına basdıraraq “qazanmağın” adı nədir?

İş kollektivinin daim oturudğu otaqda  işçiləri   çəkdiyiniz siqaret tüstüsü ilə boğmanızın, dövlət hesabına əmək haqqı alan fəhlələri şəxsi  evinizdə  istismar etməyinizin adı nədir? Qeyd olunanların siyahısını daha  çox uzatmaq olar.

Sahə rəisləri, baş aqranom, işləyən sürücülər, fəhlələr və digər işçilərin qan ağlayır. Onların alın tərləri və saxta imzalrı hesabına taladığınızdan qurban kəsib paylamaqla günahlarınızı yuya bilməzsiniz. Heç olmasa taladığınız milyonlardan onlara da əlavə “şirinlik” verin ki, bəlkə günahlarınızdan bir qisim edilən dualar hesabına silinər. Göz yaşları hesabına tikdirdiyiniz evdə necə oturacaqcız?

Haqsızlığı, rüşvətxorluğu, talanı, özbaşnalığı  yazmaq   bizim  işimizdir. Yazmağın adını sən  özünəməxsus şəkildə qoydun . Bəs sənin işlərinə nə ad vermək olar? Mən etikadan kənar sözlər işlətmədiyimə görə, yuxarıda sadalananlara sən ad qoymalısan..

“Hörmətli “rəis! Sənin otağına Saleh Məmmədov haqqına olan məlumatların Milletinsesi.az saytında yaymaq istəyənlərin qarşısını almaq üçün gəlmişdim. O məlumat ki, ona görə iki şəxs bandotdelə aparıldı. “Heç kimdən qorxmuruq, kim nə istəyir yazsın və yazmaq matışkalıqdır”deməyin məni “çox qorxutdu”

Qeyd edim ki,  əvvəlki vəzifəm  AAYDA-nin 2 saylı  Yaşıllaşdırma MMC-də  baş mexanik olub. İdarədə olan qanunsuz əməllərə görə, həmin işdən istehefa vermişəm. Düşünürəm ki, bu şəxslə eyni idarədə işləmək mənim üçün həm təhlükəli, həm də utancvericidir. Bu yazını özünüz üçün növbəti istefa kimi qəbul edə bilərsizniz.

Əslində işlədiyim müddətdə  susduğum üçün  əzab çəkirdim. Bir tərəfdə iş kollektivini itirmək, digər tərəfdə baş verən özbaşınalıqlar. Gördüklərimdən dəhşətə gəlirdim və yenə susurdum.  . Susduqca da kiçilirdim, çılızdaşdırdım. Nəhayət ki, qurtuldum.

Orada olan insanlar isə bir qarın çörəyə görə lal olublar.Onları başa düşürəm. Amma məni bağışlasınlar,dözə bilmədim.

Share: