İvanişvilinin Saakaşvilini məhv etmə planı işə düşdü

İvanişvilinin Saakaşvilini məhv etmə planı işə düşdü
Qiqi Uqulava Vahid Milli Hərəkat Partiyasında Saakaşvilinin komandasına qarşı olan qüvvələrə liderlik edəcək.

Millətinsəsi.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində gürcü politoloq Gela Vasadze paylaşıb.

“Mən insani baxımdan Uqulavanın həbsdən çıxmasına sevinirəm. Əminəm ki, Qiqi Uqulava Vahid Milli Hərəkat Partiyasında Saakaşvilinin komandasına qarşı olan qüvvələrə liderlik edəcək. Əgər qurultayda Saakaşvili tərəfdarlarının mövqeyi dəyişməsə, Uqulavanın komandası məhkəməyə gedəcək. Təsadüfi deyil ki, bu gün qurultayın qeyri-legitim olması haqqında bəyanat yayılıb. Əgər proseslər belə getsə, Uqulava Vahid Milli Hərəkatın yeni sədri olacaq”, – o bildirib.

Qeyd edək ki, noyabrın sonunda Vahid Milli Hərəkat Partiyasının qurultayı keçirilib. Burada növbəti qurultayın yanvarın 20-də keçirilməsi qərara alınıb. Üstəlik, Saakaşvili tərəfdarlarının təkidi ilə qurultayda 7 min nümayəndənin iştirakı təsdiqlənib. Məhz bu qurultayda partiyanın yeni rəhbərliyi məsələsinə aydınlıq gətirilməlidir. Saakaşvili tərəfdarları bu vəzifənin boş qalmasını istəyir. Buna etiraz edənlər isə partiyanın liderləri sayılan David Bakradze və Giga Bokeriyadır.

Saakaşvili artıq İvanişvilinin onu Gürcüstan siyasətindən uzaqlaşdırmaq istədiyini bildirib. O, həmçinin, bu işdə hökumətin onun keçmiş tərəfdarlarından istifadə etdiyini söyləyib. Saakaşvili Tiflisin Vahid Milli Hərəkatı parçalamaq istədiyini də qeyd edib.

Uqulava dünən azadlığa buraxılıb. O, Tiflisin eks-meridir və bir zamanlar Saakaşvilinin ən yaxın adamlarından sayılırdı.
Paylaş:   

Adınız:*
E-Mail:


Oxşar olan digər xəbərlər