Artıq heç nə gözləmirəm... - Xalq artisti

Artıq heç nə gözləmirəm... - Xalq artisti


Bu gün xalq artisti İlham Namiq Kamalın 67 yaşı tamam olur.

İlham Namiq Kamal 1949-cu il yanvarın 9-da anadan olub. 1966-cı ildə orta məktəbi bitirən Namiq Kamal Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.

O, 1971-ci il noyabrın 25-dən 1972-ci il fevralın 2-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyor truppasında çalışıb. Daha sonra Akademik Milli Dram Teatrına dəvət olunub. 1989-cu ildə isə rejissor Hüseynağa Atakişiyevin təşkil etdiyi Gənclər Teatrında aktyorluğa başlayıb.

İlham Namiq Kamal “Qayınana”, “Evləri köndələn yar”, “Bəyin oğurlanması” kimi filmlərdəki rolları ilə geniş tamaşaçı kütləsinin yaddaşında qalıb.

Doğum günü ilə bağlı Millətinsəsi.az-a danışan xalq artisti İlham Namiq Kamal xüsusi bir ad günü məclisi keçirməyəcəyini bildirib:

“Dünən gecə saatlarından bəri hamı doğum günümü təbrik edir. Hər kəsə təşəkkür edirəm. Səhərdən etibarən imtahanlarda iştirak edirəm deyə, hər hansı bir məclis təşkil etməyə vaxtım olmayıb. Doğum günümü necə keçirəcəyim haqda hələ ki, planım yoxdur. Maraqlı, dəyərli hədiyyələr olur, ancaq doğrusu, indi heç kimdən xüsusi hədiyyə gözləmirəm”.
Paylaş:   

Adınız:*
E-Mail:


Oxşar olan digər xəbərlər