21 : 38 21 noyabr
   
Araşdırma

İranın gizli nüvə proqramında `erməni izi` – TAM MƏXFİ

İranın gizli nüvə proqramında `erməni izi` – TAM MƏXFİ
2016-12-19 14:51 Baxılıb:   94

İranın gizli nüvə proqramında `erməni izi` – TAM MƏXFİAmerika Birləşmiş Ştatları 2002-ci ilin may ayının 9-da İranın nüvə proqramına yardım etməkdə günahkar bilinən Ermənistan, Çin və Moldova şirkətlərinə sanksiyalar tədbiq etməklə bağlı qərarını açıqlamışdı. Bu fakt sübut edirdi ki, erməni şirkətləri ABŞ-ın İrana qarşı mübarizəsinin ən gərgin vaxtlarında belə, həmin ölkənin nüvə texnologiyasına sahib çıxmasına yardım göstərir. Bu, İran-Ermənistan qardaşlığını sübut dəlillərdən sadəcə biridir.
Həmin vaxt Vaşinqton adı çəkilməyən erməni şirkətlərini dərinləşən Ermənistan-İran münasibətləri fonunda cəzalandıracağını açıq şəkildə elan etmişdi. Amerika rəsmiləri bildirirdi ki, Ermənistan beynəlxalq norma və prinsipləri pozaraq, nüvə silahın hazırlanması ilə əlaqədar İrana mütəxəssis və texnologiya məsələsində gizlicə köməklik edib. Tətbiq edilən sanksiyada qeyd olunurdu ki, erməni şirkətləri öz məhsullarını nə ABŞ-da sata, nə də Amerikadan hansısa bir şəkildə yardım ala bilərlər.
Ermənistan isə özünü müdafiə etmək üçün guya bu işdən xəbərsizmiş kimi, həmin faktı araşdıracağını açıqlamışdı. Ermənistanın xarici işlər nazirliyinin rəsmi şəxslərindən biri sanksiyaları şərh edərərək demişdi: “ABŞ son dövrlərədək İran-Ermənistan işbirliyinə münasibət bildirməyərək, təmkinli davranırdı. Birləşmiş Ştatlar sözsüz ki, bundan sonra Ermənistan-İran əlaqələrini nəzarətdə saxlayacaq, əlaqələri daha yaxından müşahidə edəcək”.
Maraqlıdır ki, Corc Buş administrasiyası nüvə proqramı ilə bağlı İrana müxtəlif texnologiyaları satan Ermənistan şirkətlərinin adlarını açıqlamamışdı.
Qeyd etmək lazımdır ki, Sovet dönəmində Ermənistan çoxprofilli müdafiə sənayesinin mərkəzlərindən biri sayılırdı. Bu ölkədə mikroçiplər, kompüter proqramları, nüvə texnologiyasına aid detallar istehsal olunurdu. Demək olar ki, hazırda bütün bu müəssisələr Ermənistan dövlətinin nəzarətindədir. Bu səbəbdən də əminliklə söyləmək olar ki, texnoloji ləvazimatların İrana qanunsuz satılmasında birbaşa Ermənistan dövlətinin əli var.
Ermənistanın sabiq xarici işlər naziri (1996-1998) Aleksandr Arzumanyan ABŞ sanksiyalarına münasibət bildirərək vurğulamışdı ki, “Erməni şirkətlərinin İranla hansısa təhlükəyə səbəb olacaq əməkdaşlığı yoxdur. Əgər varsa, bizim rəsmilər bundan xəbərsizdirlər”.
O, daha sonra əlavə etmişdir ki, “Amerikanın narahatçılıqlarına baxmayaraq, Ermənistanın hər zaman İranla sıx münasibətləri olub. İran Ermənistanın dostudur və onunla əməkdaşlıq heç bir halda İrəvanın zərərinə ola bilməz”.İranın gizli nüvə proqramında `erməni izi` – TAM MƏXFİErmənistanın o zamankı prezidenti Robert Köçəryan açıqlamasında demişdi ki, “Əgər ABŞ-ın dedikləri doğrudursa, o halda bunun niyə və necə baş verdiyini araşdırmaq lazımdır”.
Çox maraqlıdır ki, ABŞ 2002-ci ildə Ermənistana qarşı təbiq etdiyi sanksiyaları açıqladıqdan bir müddət sonra Ermənistandakı Amerika səfiri Con Orvey İrəvanın Tehranla münasibətlərdə çox irəli getdiyinə diqqət çəkmişdi. ABŞ səfiri faktla bağlı İrana üstüörtülü mesaj verərək, bildirmişdi ki, “Ermənistanın İranla qonşu olaraq ikitərəfli münasibətləri inkişaf etdirməsinə biz bir şey demirik. İran nüvə silahına sahib olmağa çalışan təhlükəli dövlətdir və Ermənistanın onunla çox yaxın olması bu məsələdə daha diqqətli davranmasını şərtləndirir”.
2002-ci ildə dövlət katibinin sözçüsü Ricard Baucer məsələ ilə bağlı açıqlmasında bildirir ki, ABŞ konqresinin sanksiya paketinə İrana nüvə texnologiyasına sahib olmaqda yardım etdiyinə, o cümlədən, kütləvi qırğın silahlarının istehsalında əməkdaşlığına görə, erməni şirkətləri də daxil edilib. Ancaq sözçü konkret şirkətlərinin adını çəkməmişdi. Qeyd etmişdi ki, adlar ABŞ dövlətinin rəsmi qəzeti “Federal Register”də dərc olunacaq.
Faktlar arasında o da göstərilir ki, Ermənistandan İrana 5 milyon dollardan çox dəyərində metal məhsulları, texniki aparatlar və kimyəvi maddələr ixrac edilib. Eksperlərə görə, o məhsullardan İranın nüvə texnologiyasına yiyələnməsində istifadə olunub. ABŞ-ın 2002-ci ilə dair məlumatlarında vurğulanır ki, Ermənistan, Çin və Moldova tərəfindən İrana satılmış maddələrdən uzaqmənzilli raket, kimyəvi və bioloji, eləcə də nüvə silahının yaradılmasında istifadə olunub.
O da istisna deyil ki, İran-Ermənistan əməkdaşlığının bu istiqaməti gələcəkdə köhnəlmiş və təhlükəli Metsamor AES-in elə Tehranın köməyilə yenidən strukturlaşdırılmasına gətirib çıxara bilər.(elçi)

Bənzər xəbərlər