21 : 41 21 noyabr
   
Araşdırma

Tələbə ölümlərinin dəhşətli statistikası - ARAŞDIRMA (FOTOLAR)

Tələbə ölümlərinin dəhşətli statistikası - ARAŞDIRMA (FOTOLAR)
2017-01-21 17:25 Baxılıb:   59

Tələbə ölümlərinin dəhşətli statistikası - ARAŞDIRMA (FOTOLAR)Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Gəncə Dövlət Universitetində ölüm hadisəsi baş verib. Universitetin magistraturasında təhsil alan İsmayıllı rayon sakini, 1994-cü il təvəllüdlü Həşimli İbrahim Müstəib oğlu ali məktəbdə olarkən huşunu itirib, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Müayinə zamanı onun öldüyü məlum olub. Tələbənin universitetdə anidən özünün pis hiss edərək yerə yıxıldığı və orada öldüyü bildirilib.

Həşimli İbrahim Müstəib oğlunun iki gün əvvəl sosial şəbəkədəki hesabında yazdığı status hər kəsi təəccübləndirib. Bu səbəbdən onun ölümünə imtahanların səbəb olduğu iddia edilir.Tələbə ölümlərinin dəhşətli statistikası - ARAŞDIRMA (FOTOLAR)Gəncə Dövlət Universitetindən bildirib ki, dünyasını dəyişən tələbə epilepsiya tutması keçirib. Mərhumun tələbə yoldaşları onun indiyədək səhhətində problemin olmadığını deyiblər:

“İbrahim hələ Bakıda təhsil alan zaman biz onunla birlikdə kirayədə qalırdıq. Onun səhəttində heç bir problem yox idi. Hamımız onun biliyinə həsəd aparırdıq. Çox mədəni və mehriban oğlan idi. O, heç vaxt bədbin görünmürdü. Həyatı, yaşamağı sevirdi. Gələcəyi ilə bağlı planları vardı. Həmişə deyirdi ki, gələcəkdə böyük insan olacaq. Azərbaycana çox bağlı gənc idi. İşirak etdiyi bütün bilik yarışmalarında yüksək nəticələr əldə edirdi”.

İ. Həşimlinin yaşadığı İsmayıllı rayon Lahıc qəsəsinin bələdiyyə sədri, eyni zamnada onun müəllimi olmuş Rövşən Əliyev AzVision.az-a bildirib ki, İbrahimin təhsillə bağlı narahatlığı olmayıb:

“İbrahim rayonun ən savadlı gənclərindən idi. O, həmişə bilik yarışlarında rayonumuzu təmsil edib, yüksək nəticələr qazanırdı. Onun dərsləri, imtahanları ilə bağlı problemi olmayıb”.Tələbə ölümlərinin dəhşətli statistikası - ARAŞDIRMA (FOTOLAR)Tələbə İbrahim Həşimlinin ölümü Azərbaycanda ilk belə hadisə deyil. Bundan öncə də dəfələrlə tələbələrin müxtəlif səbəblərdən ölümü haqda xəbərlər vermişik. Onlardan bir çoxu intihar edib, bəziləri yol qəzalarında dünyasını dəyişib.

AzVision.az son illər təhsil müəssilərində baş verən, tələbə ölümlərinə dair kiçik araşdırma aparıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) açıqladığı 2013-2016-ci illər üzrə Azərbaycan Respublikasinin ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxiliş imtahanlari nəticələrinin elmi-statistik təhlilində dəhşətli ölüm faktları da qeyd olunub.

8 noyabr 2013-cü ilə olan statistika

Ölüm halları – 146 (bakalavriat səviyyəsində 85, magistraturada 1, tam orta təhsil bazasında 28, ümumi orta təhsil bazasında isə 32 nəfər)Tələbə ölümlərinin dəhşətli statistikası - ARAŞDIRMA (FOTOLAR)8 oktyabr 2014-cü ilə olan statistika
Tələbə ölümlərinin dəhşətli statistikası - ARAŞDIRMA (FOTOLAR)2015/2016-cı ilə olan statistika

Ölüm halları - 286 (bakalavriat səviyyəsində 167, magistraturada 5, tam orta təhsil bazasında 49, ümumi orta təhsil bazasında isə 65 nəfər)

2016-cı ildə ölkəmizdəki nüfuzlu ali məktəblərdə baş verən müəmmalı tələbə ölümləri:

Tarix 11.10.2016.: Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi olan Gəncə şəhər sakini Abbasov Hüseyn Maarif oğlu özünü 11-ci mərtəbədən atıb.

Mərhumun atası Maarif Abbasov oğlunun bir neçə fəndən kəsiri olduğunu bildirib. O, istintaqa ifadəsində oğlunun əlaçı olduğunu deyib: "Bizə birdən məlum oldu ki, onun 6 fənin 4-dən kəsiri qalıb. Və uşaq bunun üçün çox həyəcan keçirirdi".

Tələbə yoldaşları da Hüseyn Abbasovun son günlər sıxıntı keçirdiyini söyləyiblər.Tələbə ölümlərinin dəhşətli statistikası - ARAŞDIRMA (FOTOLAR)Tarix 05.06.2016. : Ağdamın Mirəşelli kənd sakini 1996-cı il təvəllüdlü Məmmədov Əfqan Maqsud oğlu intihar edib. Hadisə Ə. Məmmədovun Sumqayıt şəhərində kirayə qaldığı evdə baş verib.
Sumqayıt Dövlət Univeristetinin 3-cü kurs tələbəsi olan Ə.Məmmədov iplə özünü asıb. Gecə saat 04:50 radələrində Ə. Məmmədovun otaq yoldaşlarından biri mətbəxdə onu ipdən asıldığını görüb və digər otaq yoldaşını köməyə çağırıb. Yoldaşları ipi kəssələr də, onun həyatını xilas edə bilməyiblər. Məhrum tələbənin ölüm səbəbləri ilə bağlı dəqiq heç bir məlumat açıqlanmayıb.Tələbə ölümlərinin dəhşətli statistikası - ARAŞDIRMA (FOTOLAR)Tələbə ölümlərinin dəhşətli statistikası - ARAŞDIRMA (FOTOLAR)http://teref.info/uploads/posts/2017-01/thumbs/1484993739_4.jpg[center]
[center]Tələbə ölümlərinin dəhşətli statistikası - ARAŞDIRMA (FOTOLAR)

Bənzər xəbərlər