21 : 39 21 noyabr
   
Araşdırma

FHN-nin Azərbaycan iqtisadiyyatına vurduğu zərbə

FHN-nin  Azərbaycan iqtisadiyyatına vurduğu zərbə
2017-02-16 11:31 Baxılıb:   127

Azərbaycan iqtisadiyyatının geriləməsi və vətəndaşların vəziyyətinin günü-gündən pisləşməsi təkcə dünyada gedən proseslərdən asılı məsələ deyil. Əgər qlobal problemlərin payı 10 faizdirsə, məmur özbaşınalıqlarının payı 90 faizdir. Hər gün artırılan vergi və rüsumlar, əhalinin var-yoxunu əlindən almağa yönəlik idarə və təşkilatların çoxluğu, rüşvət və korrupsiya , vəzifə səlahiyyətlərindən istifadə edərək sahibkarlara zülm edilməsi səciyyələndirilən problemlərin əsasını təşkil edir.

2014-cü ilə qədər ölkəmizdə biznes mühüti inkişaf tempi ilə hərəkətdə idi. Hər yerdə tikintilər aparılırdı, yeni iş yerlərinin açılması günün proitet mövzusuna cevrilmişdi. 2015-ci ildə tikintilərə nəzarət funksiyası FHN-nə veriləndən sonra, hər şey dayandı. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları nəinki qeyri-yaşayış sahələrinin inşasını, hətta fərdi ev tikintilərini də dayandırdı. Nəticədə bu sektorda işləyən minlərlə vətəndaşımız işsiz, sahibkarların bu sahəyə qoyduğu vəsait isə ölü kapitala çevrildi. Onsuz da, iş qurmaq istəyən sahibkarlar və digər vətəndaşlarımız qurumların çoxlu yersiz müdaxilələrinə zorla davam gətirərək fəaliyyət göstərirdi. Əlavə olaraq, FHN-nin Tikintiyə Nəzarət İdarəsinin qoyduğu rüsumlar, ''şapka'' vəziyyəti daha da dözülməz etdi və zorla irəliyə hərəktdə olan iqtisadiyyatı çökdürdü.

Millətinsəsi.az-a daxil olan məlumata görə, Xətai rayonu M.Hadi küçəsində tikilməkdə olan qeyri-yaşayış sahəsinin inşası iki ildir ki, başa çatdırıla bilmir. Qeyd olunan obyekt dəfələrlə sökülüb. Səbəb isə çox sadədir.

FHN-nin  Azərbaycan iqtisadiyyatına vurduğu zərbəFHN qoymur.

Sahibkar Rayon İcra hakimiyyətindən , Bakı Şəhər İcra Hakimiyyətindən, Polis İdarəsindən, Ekologiya Nazirliyindən və s.''icazə'' alıb amma, FHN ilə qiymətdə razılaşa bilməyib. Yaxın zamanlarda çox xahiş minnətdən sonra FHN-dən ''dabro'' alan sahibkar tikintini həvəssiz də olsa davam etdirir. . İndiyə qədər xərclədiyi külli miqdarda vəsait batmasın deyə..
Sahibkarın iki il bundan qabaq qeyd edilən tikintiyə xərclədiyi vəsatin 500 min manat civarında olduğu bildirilir. Bu da, köhnə kursla təxminə 700 min ABŞ dollarına bərabərdir. İki il müddətində bu vəsait banka depozit şəklində qoyulsaydı, bankdan əlavə olaraq iki ilə 14-20 dollar gəlir əldə edəcəkdi və əsas məbləğ isə 700 min dollar ( indi 1.300.000 manat) yerində qalacaqdı. Amma, bu gün həmin obyekti 500 min manata satmaq mümükün deyil. Yəni, sahibkar dövlət qurumlarının aralarında razılığa gəlməməsi hesabına milyonlarını batırdı.
Bu hal, Azərbaycanda sahibkarlıqla məşqul olmaq istəyən hər bir fərdin başına gətirilən oyunlardan biridir.


Həmçinin eibarlı mənbədən daxil olan məlumata görə, həmişə Xətai Rayon İcra Hakimiyyəti ilə gərgin münasibətdə olan FHN- nin arasındakı buzlar artıq əriməyə başlayıb. Belə ki, İcra hakimiyyəti tərəfindən FH nazirinin müavininə bəxşiş olaraq, Cavanşir küçəsində ticarət obyekti tikmək üçün 1000 kv.m ərazi ayrılıb və yaxın zamanlarda tikintisinə başlanılacaq. '’General’’ın yeri kimi tanınan ərazidə təmizləmə işlərə həyata keçirilib və orda kafe kimi fəaliyyət göstərən obyektin sahibinə də obyektinin söküləcəyi barəsində xəbərdarlıq edilib.

Nəzərə alaq ki, həmin ərazidə obyek yeri almaq istəyən bir kv.m üçün 700-1000 manat '’tərləməli’’ olur. Belə olan halda hədyyənin qiyməti milyon manata yaxın qiymətləndirilir və məmur oliqarxlaar məxsus olan bu tip iri ticarət obyektləri onlarla min metrə qədər məsafədə olan bütün kiçik ticarətlə məşqul dükanları məhv edir.
Böyük obyektlərin isə tikintisinə isə bilərəkdən imkan verilmir.

Millətinsəsi.az

Bənzər xəbərlər