21 : 36 21 noyabr
   
Araşdırma

Ölkəyə turist axınının əsas – Səbəbi

fikret-yusifov 
2017-03-20 09:38 Baxılıb:   44

 

Ötən ilə nisbətən bu il Azərbaycana daha çox turistin gələcəyi gözlənilir.

Bu sözləri Milletinsesi.az-a açıqlamasında keçmiş maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov deyib. Ekspert bildirib, ölkəmizə gələcək turistlərin sayı ilə əlaqədar konkret rəqəmlər söyləmək bir qədər çətindir:

“Bunu yalnız bayram şənlikləri bitəndən sonra aidiyyəti qurumlar açıqlayacaqlar. Lakin ötən ilə nisbətən bu il Azərbaycana daha çox turistin gələcəyi gözlənilir. Novruz şənliklərində iştirak etmək üçün bir qayda olaraq daha çox turist İrandan gələcək. Ölkəmizdə keçirilən müxtəlif tədbirlərdə xaricdən gələn turistlərin sayının ildən-ilə artmasının kökündə dayanan əsas məsələ Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlikdir”.

F.Yusifovun sözlərinə görə, gələn turistlər burada öz xərclərini bağlamaq üçün ölkəmizə möhkəm valyuta gətirirlər:

“Ölkə ərazisinə bu yolla daxil olan möhkəm valyuta bazara öz müsbət təsirini göstərəcək. Bu səbəbdən də turizmin daha geniş inkişafını nəzərdə tutan dövlət proqramlarının həyata keçirilməsi tədqirəlayiqdir”.

Bənzər xəbərlər