21 : 41 21 noyabr
   
Tarix

İrəvan tarixi abidələrimizi kirayəyə verir

ermenistan1
2017-04-17 12:26 Baxılıb:   60

Ermənistan hökuməti tarixi-mədəniyyət abidələri hesab edilən bir sıra mağaraları icarəyə vermək qərarına gəlib.

Axar.az xəbər verir ki, Ermənistan Mədəniyyət Nazirliyi hökumətin bu addımı ölkəyə turistlərin cəlb edilməsi üçün atdığını söyləyib. Ölkə alimləri isə hökumətin bu qərarına qarşı çıxaraq, bu addımın tarixi abidələri məhv edəcəyini açıqlayıb.

Hökumətin elan etdiyi tenderə əsasən, 5 il ərzində mağaraların sahibi istənilən şəxs ola bilər. Üstəlik, burada Ermənistan vətəndaşları ilə xarici ölkə vətəndaşları arasında heç bir fərq qoyulmayacaq.

İcarəyə ilkin mərhələdə 5 mağaranın verilməsi nəzərdə tutulub. Bunlar Maqellan, Ayı, Mozrov, Daş divarlar və Areni-1 mağaralarıdır. Sonuncu mağara Ermənistanın cənubunda, Arpa çayı yaxınlığında yerləşir. Təbaşir dövrünə aid olan mağara 80-ci illərdə aşkar edilib. Bura həm də ən qədim ayaqqabının tapılması ilə məşhurdur.

Qeyd edək ki, bu vilayətlər Ermənistanın Vayocdzor vilayətində yerləşir. Bu vilayət Dərələyəz mahalının tərkibinə daxildir. Bəhs edilən Areni-1 mağarası isə Areni kəndində yerləşir. Bu kəndin əvvəlki adı Arpa olub. 30-cu illərdə İrəvanın apardığı siyasət nəticəsində kənddəki son azərbaycanlılar da buradan çıxarılıb.

Bənzər xəbərlər