21 : 39 21 noyabr
   
Araşdırma

40 azərbaycanlının meyiti tapıldı - Axtarış

sel
2017-04-24 15:38 Baxılıb:   47

Şərqi Azərbaycan vilayətində baş verən daşqınlar zamanı həlak olanlardan 40 nəfərinin meyidi tapılıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə Şərqi Azərbaycan Tibbi Ekspertizasından bildirilib.

“İki gün əvvəl iki nəfərin meyidi tapıldı. Bununla da indiyə qədər tapılan meyitlərin sayı 40 nəfər oldu. Meyitlər ailələrinə təhvil verilib”, - deyə Tibbi Ekspertizanın rəisi Bəhram Səmədi İRNA-ya açıqlamasında qeyd edib.

Bəhram Səmədi Azərşəhr və Əcəbşir şəhərlərinin hər birində 20 nəfərin həlak olduğunu, Şərqi Azərbaycanda dünyasını dəyişənlərdən yalnız bir nəfərin meyitinin hələ də tapılmadığını və axtarışların davam etdiyini bildirib.

Qeyd edək ki, 14 apreldə Şərqi və Qərbi Azərbaycan vilayətlərində baş verən daşqınlarda 49 nəfər həlak olub, bölgəyə külli miqdarda ziyan dəyib, onlarla ev dağılıb.

Bənzər xəbərlər