07 : 24 19 oktyabr
   
Köşə yazarları

SÜLH PLATFORMASININ POLİQRAFLARI VƏ "MARTİROSYAN İŞİ"NDƏ QUYRUĞUQISA QUŞLAR

 

fb718e4ff90b
2017-05-31 13:04 Baxılıb:   84

İGİD TEYMURLU 

 

PREOBRAJENSKİLƏRİN GÜNAHI VƏ İKİAYAQLILARA VERDİYİMİZ YAL

 

Günümüzün SÜLH PLATFORMASIna toplaşanlardan fərqli olaraq biz təkcə virtual qaydada ədəbi və siyasi səhnələrdə deyil, gerçək həyatda da dövlətçiliyimizin, millətçiliyimizin, ümmətçiliyimizin keşiyində dayandıq. Ancaq bizimlə olmayanlar dövlətçiliyimizin, millətçiliyimizin, ümmətçiliyimizin fərqinə varmadan RƏSULZADƏnin büstünün başına çuval keçirdilər, türkün mill-mənəvi dəyərlərini, tarixini topa tutdular, bütün mümkün vasitələrdən istifadə etməklə FİKİR ADAMLARIMIZı pərən-pərən salıb onları bir-birinin müdafiəsindən məhrum etməklə cəmiyyətə hədəf qismində  göstərdilər. Türkü rusdan üzr istəməyə çağırdılar. Əməlləri faş olanda “pipi eləmək”lə canlarını qurtarmağa çalışdılar. Qarabağdan “GÜNDƏLİKLƏR” yazıb DƏLİK SİÇOVULLARIna çevrildilər. “Reportajlar hazırlamaq”la AS JURNALİST kimi başa keçirildilər. SEKSUAL JARQONU publisistikamıza gətirməklə hamilə qaldıqları milli-mənəvi dəyərlərimizin məhv edilməsi amacını gülə-gülə, güldürə-güldürə bizə pərçimlədilər.  “Erməni xalqı bizim düşmənimiz deyil”, “uşaqlarımızı erməniyə nifrət ruhunda böyütməməliyik” deyə millətə həqarət etdilər. Milləti bir loxma çörəkdən ötrü ora-bura dəvət etdilər. Əvəzindəsə ad aldılar, san aldılar, iş aldılar, ev aldılar, sonda piyada qalan bizlər olduq. Çünki ad verən də, san verən də özlərindən idi. Belələrini ən iyrənc adlarla çağırmağın özü belə onları şərəfləndirər. Onları öz adlarıyla cağırmaq lazımdır. Belələrini  başqa canlıların adıyla cağırıb şərəfləndirməyək.  Artıq ət və sümükdən olan bu varlıqların  adları bir yarqona cevrilib. Bu kəslərə məxsus XARAKTERLƏRİN MAHİYYƏTİNDƏ LABORATORİYA SAKİNİ OLMAQ,  öz gidişən yerlərinə əlini deyil, başını soxmaq yestini nümayiş etdirmək dayanır. Onlar MƏTBUATIMIZIN, SİYASƏTİMİZİN  POLİQRAFLARıdır, etdiklərinə və danışdıqlarına gorə onlara hansı adı qoysanız, ondan həzz alacaqlar. Cünki GÜNÜMÜZÜN PREOBRAJENSKİLƏRİ onların iclərinə, icalatlarına  bu fakturanı itələyiblər....

 

TƏNQİDİ YAZILAR VƏ DOĞAN GÜNƏŞ

 

Publisitik dildə “mən”lə danışmaq düzgün olmasa da, məcburam belə danışmağa. Ətrafımda olan dostların çoxu hər zaman məni “içimdən gələn zadlar”a görə qınadılar. Fəqət Sokrat demişkən, “içimdən gələn zadlar mənə çox şeylər deyir”.

Necə qəbul edilir, edilsin, hec vecimə də deyil. Mən əvvəlindən bu Qərb “demokratiya”sından iyrənmişəm. Əfəndim, Qərb demokratiyası Azərbaycansayağı format alanda lap həngamə olurmuş ki, onun da zadları hey qapımızı döyəcləməkdədir.

Qapımızı döyənlər də öz içimizdə olan hansısa “hüquq müdafiəçiləri”,  “jurnalistlər” və günümüzün MÜXALİF  ƏTlərindən seçilir. Zamanında bu tiplər haqqında yazanda dostlar məni çox ittiham ediblər. LEYLA  VƏ ARİF YUNUSDAN,  ELDAR ZEYNALOVDAN,  ƏLİKRAM HÜMBƏTOVDAN, EYNULLA FƏTULLAYEVDƏN,  XƏDİCƏ İSMAYILDAN, GÜNEL MÖVLUDdan,  SEYMUR BAYCANdan, iqtidarların qəlsəmələri arasında gizlənən infuzorlardan, saysız-hesabsız adları da artıq unudulub gedən MÜXALİF BİRLİKLƏRDƏN, lap elə indi tabutu yerdə qalan MİLLİ ŞURADAN və digərlərindən tənqidi yazılar yazanda məni korafəhmlilikdə, “iqtidarlara yarınmaq”da suçlayan bəylər və xanımlar o zaman qəfil gün doğacağına inanmırdılar. Ancaq o Gün doğdu.

Bir dəfə Leyla Yunusla bağlı həqiqəti yazanda “AMAL” Ziyalılar Hərəkatından olan Eldəniz Quliyev məni elə topa tutdu ki, elə bil 366-cı rus alayı Xocalıya hücuma keçmişdi. Onda da çox hörmət bəslədiyim jurnalist Zülfüqar Xeyirxəbərin badına getmişdim. Amma “döyüşdən” sağ çıxdım. Eldəniz bəyə qəvvaslığın sirlərini yaxşıca izah edə bildim. Sonradan doğan qəfil gün leylaların əyilə-əyilə hansı qapılardan çıxdığını apaydın bir şəkildə üzə çıxardı.  Və EL bir AMALla onları kürüyüb ZİYALI işığıyla DƏNİZə tökdü, səd heyif ki, Quliyevlər yenə də bunu görməz oldular.

 

AĞSAQQALSIZ YURDA SIĞINMANIN FƏSADI

 

Korlar, karlar dünyasının əbədi sakinləri kimi davrananlar  “axı bu, nec?” sualını eşitməz, görməz oldular.  Suala cavab verən tapılmadı ki, axı bu, necə Milli Şuradır ki, o Şurada məmləkətin SEÇİLMİŞLƏRİni, canıyla Vətənə SİPƏR OLANLARı, müxalif AĞSAQQALLARI, iqtidarda olan saf düşüncə sahiblərini görmürəm. Əvəzindəsə vaxtilə təmsil olunduğu cəbhədən küsənlər, TELEVİZOR QARŞISINDA Vətən qoruyanlar, Cəbhəni xarabazara çevirməklə özünə YURD salanlar, siyasi meydanda vurnuxanlar bir araya gəlib Əli Kərimliyə məxsus kamerton sədası altında xor kapellası təşkil edir və gerçək qüvvə bizik deməklə cəmiyyəti param-parça edirlər!?..

 

MÜXALİFƏTÇİLİYİN MOTİVİ VƏ TÜPÜRCƏYİN GÜCÜ

Azərbaycan jurnalistləri Leylanın humanist prinsiplərindən, Eldar Zeynalovun “intellektual potensialı”ndan,  Xədicənin “demokratik düşüncəsi”ndən,  Milli Şuraçıların “fəhmi”ndən danışanda elə bil bütün qırılanlarımı söyürdülər. Hikkəmi klaviaturanın təpəsinə döyəcləməklə çıxırdım.

BAXIN:  Hansısa beynəlxalq tədbirdə Azərbaycanla bağlı məsələ müzakirəyə çıxarılır. Guya buna etiraz əlaməti olaraq Xədicə İsmayıl da ayağa durub öz erməni padruqasıyla birgə dallarını iştirakçılara sarı çevirib yambız oynadırlar.  Ölkə daxilində olan bəzi siyasi qüvvələrlə zurnalistlər də  Xədicənin bu hərəkətinə haqq qazandırır, ondan mətbu qəhrəman qayırırlar..Əuzibillaaaaaah....Loru dillə desək, axı mən bunları necə söyməyim. MARİFƏT MÜƏLLİMin sözü olmasın, belələrini mətbu çomaqla  “dögəcəgəm də, sögəcəgəm də, heç dədəmə də xətir qoymiyəcəgəm”. Çünki mən belə baş saxlamağa öyrəşməmişəm, atam balası. Müxalifətçilik hakimiyyətlərə qarşı olur, dövlətçiliyə qarşı yox,  AY MƏN DEYƏN zadlar! Bu mövqeyimə görə məni nə qədər istəyirsinizsə tənqid edin, müxtəlif səpkili şeylərdən məhrum edin. Tüpürüm sizin bu kontekstdə verəcəyiniz  ad-sana da, diplomlara da, evə də, eşiyə də!

 

DEMOKRATİYA ADI ALTINDA QƏRBİN SİYASİ FAHİŞƏLİYİ VƏ YELPİK DAŞIYANLAR

 

Uca Türkün Ucalıqdan enişinə səbəb hər şeydən öncə öz UNUTQANLIĞI olub. Və bu mənəvi eybəcərliyin milli düşüncədə daha dərin kök salmasında katalizator rolu oynayan əslində Memfis monarxının yelpik daşıyanları tək səhnəyə çıxan, ancaq özlərini narsist düşüncə tərzinin daşıyıcıları tək aparan yuxarıda adlarını sadaladığım kəslər, onlara dəstək verən siyasilər və bu kateqoriyadan olan ikiayaqlılar  olub. Məhz belələrinin ucbatından Azərbaycanın başının üstündə topa-topa buludlar görünməkdədir. Məmləkəti bürüyən qatı dumanlıqlar içərisində həmin narsistləri seyr edən Nigaran Ruhların boğuq iniltiləri gəlir. Onlarsa bunun fərqində deyillər.

Gözümün önünə kitablardan oxuduğum 1685-ci ildə Böyük Lüdovikin zamanında bir hegenot QADINLA ONUN KÖRPƏSİNƏ VERİLƏN ZÜLMün görüntüləri gəldi. Lütləndirilmiş halda ağaca bağlanan qadının südəmər körpəsi bir az ondan aralıda yerə uzadılır. Qadının döşləri südlə, qəlbisə əzab və iztirablarla dolu idi. Ac və solğun uşaq anasının südlə dolu döşlərini görür və acından qıvrılaraq var gücü ilə ağlayır, dəhşət saçan göz yaşlarını saxlaya bilmirdi. Cəlladsa anaya “məsləkindən əl çək, qurtul bu zülmdən” deyirdi.  Qərb əxlaqsızlığını gözlər önündə canlandıran səhnənin gerisini danışmıram, çünki o əxlaqsızlıq və zülm sona qədər davam edir....Ancaq belə əxlaqsızlardan fərqli olaraq türklər hətta əsarətləri altında olan insanlara heç zaman bunu etməyiblər. Bunu edənsə Qərb oldu, demokratiya işığında əndam oynadan yelpik daşıyanların sitayiş obyektlərinə çevirdikləri Qərb!!!!!...

BƏLİ, BU, HƏMİN QƏRB DÜNYASI İDİ – əxlaqsızlığın yaşam tərzinə çevrildiyini gördüyündən övladına “türk ol!” –deyə tərbiyə verən ananın dünyası!

BƏLİ, BU, HƏMİN QƏRB DÜNYASI İDİ – aclığı, səfaləti, rəzaləti, xəstəlikləri qızıl teşt içində bəşəriyyətə təqdim etməklə utanmadan gözütoxluluq, mənəvi saflıq görüntüsü yaradan, anası bir addımlığında ikən mələk xislətli cocuqların timsalında südə həsrət qoyuzdurulanların dünyası!

BƏLİ, BU, HƏMİN QƏRB DÜNYASI İDİ – özünü “özgür düşüncə” sahibləri tək aparan, ancaq bunun qarşılığında məsləklərindən dönmədiklərinə görə vətəndaşlarının  başları gilyotinlərdə üzülənlərin dünyası!

BƏLİ, BU, HƏMİN QƏRB DÜNYASI İDİ – yalanla, riyakarlıqla izdivaca girib “demokratiya” donuna bürünərək özünü satışa çıxaran  şərin, böhtanın, yalanın, yal verib can alanların, riyanın, siyasi fahişəliyin, iftiranın  dünyası!

BƏLİ, BU, HƏMİN QƏRB DÜNYASI İDİ – bəşəriyyəti xilas edəcək pasifist ədəbiyyatın yarandığı yerlər” ironikası ilə nasizm, faşizm, sadizm, hannibalizm kimi siyasi fahişəliyi ixrac edənlərin dünyası!

BƏLİ, BU, HƏMİN QƏRB DÜNYASI İDİ – özünü olduğundan qat-qat artığına göstərməyi yaşam tərzinə çevirib başqalarını illüziya qurbanlarına çevirənlərin dünyası!...

O DÜNYANIN əbədi sakinlərindən olan Russelin, Hauptmanın, Barbüsün pasifist qənaətlərindən doğan ideyaları Azərbaycan adlı coğrafi məkanda yanlış tərzdə təqdim edən LEYLALAR, ƏLİKRAMLAR, XƏDİCƏLƏR, EYNULLALAR, GÜNELLƏR, SEYMURLAR ya yazdıqlarının, danışdıqlarının mahiyyətini dərk etmirlər, ya da onların dərk etdikləri “həqiqət” narsist düşüncənin MÖVLUDUdur. Ancaq bunun qarşılığında payın kim tərəfindən veriləcəyi sirri-xudadır...

 

“MARTİROSYAN PROYESİ”NDƏ CÜTLƏNƏN ZƏRLƏR VƏ BADAMGÖZLÜLƏRİN EKSTAZ VƏZİYYƏTİ

 

İlk olaraq Misirdə hakimiyyətdə olmuş Fatimilər sülaləsi tərəfindən ərsəyə gətirilən MÖVLUD GÜNÜnün qeyd olunması türk coğrafiyasına XVI əsrdə III Murad zamanından qədəm qoyub. Peyğəmbər (s.a.s) Əfəndimizin Doğum Günü şərəfinə təşkil olunan bu bayrama münasibətdə islam ümməti arasında bir fikir ayrılığı mövcuddur. Bir qisim insanlar bunun günah olduğunu vurğulayırsa, başqa bir qisim də bütün bunların dini inanclara ziddiyyət təşkil etmədiyini qeyd edir. Və hər iki tərəfin də öz “həqiqəti” var. Mənim düşüncəmdəki “həqiqət” budur ki, doğrusunu Allah bilir.

Və daha bir bidiyimiz odur ki, həmin bu bayramlarda gözəl səsli xətiblər minbərə çıxıb PEYĞƏMBƏR (s.a.s) ƏFƏNDİMİZİN DOĞULUŞUNU mədh edən MÖVLUDNAMƏLƏR oxuyurmuşlar.  Bundan feyziyab olan sultan da həm xətiblərə, həm də əyan-əşrəfə xeyli hədiyyə paylayırmış...

Həə, bax elə indi də SİYASƏTİMİZDƏKİ VƏ JURNALİSTİKAMIZDAKI narsist nəslin nümayəndələri həmin XƏTİBLƏR kimi davranaraq bir müddət bundan öncə Azərbaycan tərəfinə keçən ANDRONİKin, Eynullanın sirr daşı MARTİROSYANın açıqlamaları və halıyla bağlı pasifistcəsinə çıxış etmişdilər və indi də etməkdədilər. “Erməni kəşfiyyatının Martirosyan proyesi”ndə nərd oynayan xətiblərimizin zərləri cütləməsi nədən bu millətin gözündən yayınıb, bax bu, maraqlıdır!!!.

Gör indi Eynullanın yanındakı ŞAGİNYAN ipini qırandan sonra Allah bilir nələr danışacaq. Özünü Narkissosun ardıcılları tək aparan GÜNümüzün, ELimizin badamgözlüləri camaatı kor zənn etdiklərindən dərk etdikləri “həqiqətlər”in MÖVLUDundan ekstaz vəziyyətə düşüblər. 

 

NARKİSSOS VƏ HAQQIN.AZIN İSTİ YUVASI

 

Haqqında danışdığımız Narkissos barədə bir ARAYIŞ: mifoloyi qəhrəman tək ədəbiyyata düşən bu cüvəllağı  bir gün öz əksini suda görür. Əksini görüb bundan ləzzət alır. Aşırı dərəcədə özünə vurulan Narkissos saatlarla özünə baxmaqdan doymur, axırda suya tullanır ki, öz “sevgisi”nə qovuşsun...Qovuşur və ölür. Daim fərqli düşünməyi, fərqli görünməyi özünə adət edən Narkissos “hamıdan güclü”, “hamıdan gözəl”, “hamıdan yaraşıqlı olması”yla fəxr edirdi. Özünə xəta yapmayan varlıq kimi baxırdı. Başqalarını dəyərsizləşdirməklə özünə BÖYÜK  YALANların ağuşunda isti bucaq tapırdı...

Bax yuxarıda adlarını sadaladığım azərbayacanlı narsistsevərlər də belədir –özlərini məsum, düşüncələrini də az qala HAQQIN.AZ  kimi göstərirlər..

 

AZƏRBAYCANLI NARSİSTLƏRİN MARTİROSYAN, ANDRONİK SEVGİSİ

 

GÜN doğuşundan bəlli olar deyiblər. EL yumruğunu görməyənlər də öz yumruqlarını batman sanıblar. Belə ibrətamiz sözlərin MÖVLUDusa başımızın altına yastıq qoyan  çox nəsnələrə aydınlıq gətirər...

Qadın və uşaq kimi iki zəif məxluqa göstərilən qayğıya görə mədəniyyətin səviyyəsini qiymətləndirmək olar. Ancaq Quran oxumaqla donuzu zəmidən çıxarmaq cəhdi mədəniyyətin yox, daha çox nəyinsə həsrətilə curuldayan gödəniyyətin göstəricisidir. Bütün zamanlarda boğazımıza şərik çıxaraq çörəyimizi yeyən Martirosyan kimi, Şaginyan kimi  erməni “qonaqlar”ın  həmişə bizdən ağzı əyri qalmaları, küsülü olmaları artıq bizlərə də sarsıdıcı yest etməyə şans verir ki, onların mədə niyyətlərini qilpu qırıq qablarına görə müəyyənləşdirək. Müqayisə aparanda bugünkü yüksək potensialımızı nəzərə alsaq, onda yetər daha ermənilərlə məğlub ölkənin vətəndaşları kimi boynubükük danışmağımız. QALİB ƏSGƏR kimi danışmağın tam zamanı çatıb: işğal altda inləyən yaşımız az deyil, əfəndilər...

Şumer-Akkad mənbələrini dağıtmaqla dünya tarixinin, qədim türklərin, islam dünyasının evini yıxan Qərb dövlətlərinin SÜLH PLATFORMASI İDEYASI ALTINDA birgəyaşayışla bağlı Cənubi Qafqazda ev tikmək istəkləri adama bəzi zadları deyir.

Narsistlərə, pasifistlərə nostalyi hisslər yaşadan “”MARTİROSYAN PROYESİ”NİN GİZLİNLƏRİ, “ANDRONİKİN MÜDRİK SÖZLƏRİ”dir. Əzizlərim, BÖYÜK YALANLARın MÖVLUDundan GÜN kimi aydın olur ki, ELin tutduğu quşun quyruğu qısa olar. Və bunu adama zadlar yox, faktlar bəndbəbənd söyləyir. UNUTQAN OLMAYIN, Eynullanı tullayaq bir küncə, lap elə bir az da keçmişə gedib  Andronik məsələsində olduğu kimi. Günel Mövludun yazısından sitatlara baxın:

a)”...nə olursa-olsun, necə olursa-olsun, nə o tərəfin (yəni, Ermənistanın-müəllif), nə də bu tərəfin (yəni, Azərbaycanın-müəllif) heç bir təbliğat vasitəsi “mənasız, boş yerə ölmək istəmirəm” cümləsinin həqiqi mənasını malalamaq iqtidarında deyil. Təbii ki, bu HƏQİQİ MƏNAnı (seçmə müəllifindir) anlayanlar üçün”;

b)”...o arıq, cılız, kasıb erməni oğlu gəlib VƏTƏNİ (seçmə müəllifindir) qorumalı...”.

“Andronikin müdrik sözləri”nin “HƏQİQİ MƏNASI”ndan belə çıxır ki, işğal olunmuş ərazilərimizdə Şəhid olan Oğul və Qızlarımız “mənasız” və “boş yerə” canlarını fəda ediblər, eləmi!!! Yalançıya səddamnüseynlərin, qəddafilərin pulunu yeyib sonunda onlara qənim kəsilən Olbrayt, Merkel, Olland, Buş, Obama, Tramp, 4 kopiyasıyla Avropada jandarm olmaq istəyən Putin  qənim olsun!..

Martirosyanların proyesinə elə o zamandan və daha əvvəldən hazırlıq gedirmiş.

BƏRƏKALLAH PASİFİST ƏDƏBİYYAT SEVDALISI OLAN NARSİSTLƏR!

“HƏQİQİ MƏNA” axtararaq “Andronikin müdrik sözləri”nin hərarətində qızınanların məntiqindən belə çıxır ki, bəli, ermənilər “arıq, cılız, kasıb” olaraq doğrudan da, Qərbin və erməni lobbisinin dediyi kimi “yazıq millətdirlər”!!!!!!!!!!!!

 Və “məna” axtaranlar publisistik bicliklə “...erməni oğlunun gəlib Vətəni qoruması” faktını (!!!!!!!!!!!!!!!!!!!-müəllif) incəliklə yaltaqlanma kodu altında maraqlı tərəflərə mesay formasında göndərirlər. Martirosyanların proyesinə elə o zamandan və daha əvvəldən hazırlıq gedirmiş.

BƏRƏKALLAH PASİFİST ƏDƏBİYYAT SEVDALISI OLAN NARSİSTLƏR!

SUAL OLUNUR, sizi and verirəm Anri Barbüsün “Neft ölkəsində” yaşamış Qara Qarayevin “Zəriflik” monooperasına, lütfən deyin görək, axı  nə vaxtdan Azərbaycan torpaqları Androniklərin “Vətəni” olub?....

Deyin də, nə olar. Axı CÜN öz işığını heç kimdən gizləməz. Balam, görən bunlar hansı ELdən dərs alıb Loğmanın EYNi olublar ki, narsistlərin, pasifistlərin MÖVLUDunu ən əziz bayramları tək qutlayırlar. Qutlama keçiriləndən sən demə Martirosyanların proyesinə elə o zamandan və daha əvvəldən hazırlıq gedirmiş.

...Aha, anlaşıldı, yəqin  bugünkü Merkellə Makron qiyafəsində olan Anrü Barbüsün ruhu onlara bütün oyunları SÜLH PLATFORMASI FORMATında təlqin edibmiş. Hansısa Sülh Platforması, Qafqaz evi adı altında ortaya atılan ideyalar UNUTQAN olduğumuzdan bizə sırıdılır. 300 ilə yaxındır ki, erməni fitnəsi, erməni hiyləsi rusun, fransızın, ingilisin, farsın dayəliyi Azərbaycan türkünün  qanını sorur, biz hələ də bunlara qucaq açırıq.  Yetər daha, Qərb dünyasının türklərə aminazin təsiri bağışlayan dərman verməyi. Bütün dərdlərimizin çarəsi öz əlimizdədir. Qərb bizə gerçək demokratiyanı deyil, almaq üçün görmək istədiyi demokratiyanı təqdim edir. Azərbaycana demokratiyanı da, əmin-amanlığı da, itirilmiş torpaq həsrətini də qaytaran  YURD SEVGİLİ QALİB ƏSGƏRİMİZ olacaq. Azərbaycana ağrı, acı bəxş edən bütün qüvvələrin varlığına tüpürməklə QALİB ƏSGƏR dilində danışmağın tam zamanı. Bizdən olmayanlar bu Platformaya təşrif buyurmasa da olar və zatən buyurmasınlar.....  

 

P.S. Bu da SÜLH PLATFORMASI, “MARTİROSYAN PROJESİ” və “ANDRONİK HƏQİQƏTLƏRİ”ndən EYNULLALIQ KATEQORİYASInda olanların danışıqlarına münasibətdə Vətən torpağı üçün inildəyən NİGARAN RUHLARın MÖVLUDUydu ki, GÜN işığında Elimizə bəndəniz bəyan etdi...Gününüz aydın olsun.

P.P.S: Öz aramızdır, bu Tezik də oyun çıxardı e. Görən Şaginyanla Eynulla indi hansı rejimə keçiblər?  

P,P,P,S: Sülh Platformasının yelpik daşıyanlarına “Kəlilə və Dimnə”nin birinci nəşrini göstərin, sonrakı nəşrlərin redaksiya heyətinin üzvlərinin də genetik yoxlamadan keçirin, lütfən...

Bənzər xəbərlər