13 : 04 18 oktyabr
   
Araşdırma

Şəkildə gördüyünüz ilk heyvan xarakterinizdən xəbər verir - MARAQLI

131763
2017-06-19 07:41 Baxılıb:   2708

 Təqdim olunan  bu şəklə əvvəlcə diqqətlə baxmağınızı istərdik.        131758   Bu rəsm əslində qatlar halında iç-içə keçmiş birdən çox heyvanın rəsmi ilə yaradılmış bir kollajdır. Bu çoxtəbəqəli şəklə ilk baxıldığı anda hər kəs fərqli bir heyvan görür.   Şəklə baxdığınız ilk anda hansı heyvanı gördünüz?   İlk gördüyünüz heyvanı qeyd etdikdən sonra, şəkildəki digər hayvanları da ayırd etməyə çalışın. İlk gördüyünüz heyvan sizin xarakterinizdən, zamanla gördüyünüz digər heyvanlar isə şəxsiyyətinizi yaradan amillər haqqında məlumatlar verir.    Bəs şəkildə gördüyümüz bu heyvanlar hansı mənaya gəlir?    Yuxarıda təqdim etdiyimi rəsmi yaxşıca araşdırandan sonra nəticələrlə tanış olarsınız:   1. At 131756 Əgər yuxarıdakı şəkilə ilk diqqət etdikdə aşağıdakı kimi bir at görmüsünüzsə, azad ruhlu və müstəqilliyinə düşkün bir xarakterə sahibsiniz. Bundan başqa, atın digər bir maraqlı xüsusiyyəti isə güclü xarakterin nümayəndəsi olmasına baxmayaraq, eyni zamanda romantikliyə işarə edir. Yəni həm güclü, həm duyğusal bir xarakterə maliksinizsə, ilk olaraq at görmək ehtimalınız olduqca yüksəkdir.   2. Quş 131757 Rəsmdə ilk olaraq quş görürsünüzsə, xaricə dönük və özünü yaxşı ifadə edə bilən bir quruluşa sahibsiniz. Quş adətən yaxşı rabitə ilə əlaqələndirilir, rəsmdə əvvəla bir quş görmüsünüzs,ə fikirlərinizi çatdırma məsələsində istedadlısınız.   3. Delfin 131759 Əgər şəkildə ilk olaraq bir delfin görürsünüzsə, yaradıcı ağla sahibsiniz. Delfin yaradıcılıq və zəka ilə əlaqələndirilən heyvandır. Sağ beyin yönümlü insanlar ilk olaraq delfin görməyə meyllidir. Delfin, həmçinin bədii istedadla də əlaqələndirilir. İlk olaraq delfin görmüsünüzsə, sənətlə bağlı istəkləriniz çoxdur demək.   4. Ördək balaları 131760 Bu rəsmdə ilk olaraq ördək balalarını görmək olduqca çətindir. Ümumi hesablamaya görə bu  rəsmdəki ördək balalarını tapmaq 30 saniyədən uzun çəkir, bəziləri isə heç görmür. Əgər ördək balalarını görmüsünüzsə, planlı və ətraflı düşünərək hərəkət edən xarakterə sahibsiniz.   5. Ayı 131761 İlk olaraq ayı görmüsünüzsə, ya da ayı ilk gördüyünüz heyvanlardan arasında isə qətiyyətli və güclü bir quruluşa sahibsiniz. Həmçinin ayı doğuşdan gələn bir liderlik qabiliyyəti və yırtıcılıq ilə eyniləşdirilib. 6. İt balası 131762 İlk gördüyünüz heyvanlardan biri it balası isə zərif və digər insanları düşünən bir quruluşa sahibsiniz. İt balası görən insanlar adətən digər insanların hüquqlarını müdafiə məsələsində aparıcıdırlar. Bu şəkildə görülməsi ən çətin heyvanlardan biri olan it balasının təmsil etdiyi dəyərlər də cəmiyyətdə ən çətin tapılan şeylərdir.(moderator.az)

Bənzər xəbərlər