13 : 10 18 oktyabr
   
Sosial

“BakuBus”da uşaq tapıldı

2017-07-26 17:26 Baxılıb:   27

Ailəsindən uzaq düşən uşaq marşrut avtobusunda tək qalıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə “BakuBus”un mətbuat xidməti məlumat yayıb.

Belə ki, bu gün saat 16:05 radələrində “BakuBus”a məxsus 2 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda təxminən 5-6 yaşlarında oğlan uşağı tapılıb. 

Dərhal aidiyyatı orqanlara, həmçinin “BakuBus”a məxsus digər avtobus sürücülərinə və xətt dispetçerlərinə uşağın valideynlərinin tapılması istiqamətində məlumat ötürülüb. Təxminən 16:50 radələrində uşağın nənəsi “BakuBus”a məxsus 1 nömrəli avtobusun 28 May metrostansiyasının dayanacağında aşkar edilib və uşaq öz yaxınlarına təhvil verilib.

Bənzər xəbərlər